Alı Alıyev “MTN işi”nə görə dindiriləcək, həbs təhlükəsi… – İLGİNC TƏFƏRRÜAT

4-01-2016, 13:08 831 dəfə baxılıb

Alı Alıyev “MTN işi”nə görə dindiriləcək, həbs təhlükəsi… – İLGİNC TƏFƏRRÜAT













Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev qalmaqallı “MTN işi”nə görə dindirilə bilər

Bu haqda Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, bunun səbəbi icra başçısının adının həbs olunmuş MTN zabitlərindən biri ilə şübhəli əməkdaşlıqda hallandırılmasıdır.

Söhbət fəaliyyətinə xitam verilmiş MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbs olunmuş rəisi Sübahir Qurbanovla əlaqələrdən gedir. Füzuli RİH başçısının onunla Rayon Təhsil Şöbəsinin bu yaxınlarda istefa vermiş müdiri Almaz Həşimova vasitəsilə əlaqəyə giribmiş.

Almaz Həşimova ilə MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbs olunmuş rəisi Sübahir Qurbanov yaxın qohum olublar. Bəzi media orqanları onları quda kimi təqdim etsə də Almaz Həşimovanın öz etirafında bunları deyib: “Sadəcə qohumluq əlaqəmiz var. Daha dəqiq desəm, mənim bacım onun qohumlarının biri ilə ailə həyatı qurub. Bu da uzun illər əvvəl olub – yəni indi bacımın 67 yaşı var. Məni Sübahir Qurbanovun qudası kimi təqdim edirlər, amma belə deyil…”.

Biz Almaz Həşimovanın həbs olunmuş MTN yetkilisi ilə quda olub-olmamasını araşdırmaq niyyətində deyilik. Özünün də dediyi kimi onlar quda olmasalar da yaxın qohumdurlar və nə qədər qəribə səslənsə də bu qohumluq Füzuli RİH başçısı Alı Alıyevin başına problem açıb. Bununla bağlı bir müddət öncə “Yeni Müsavat” qəzetində dərc olunmuş ilginc təfərrüatı diqqətinizə çatdırırıq:

“Almaz Həşimovanın işdən çıxarılmasının qudası Sübahir Qurbanovla əlaqəli olduğu deyilir. Bildirilir ki, MTN-dəki “təmizləmələrdən” öncə rayonda baş verən hər bir məsələ detallı şəkildə icra başçısına çatdırılıb. Hətta MTN-in rayon şöbəsi rəisinin şəxsi danışıqları belə hansısa formada rayon rəhbərliyinə məlum olub. Sonradan informasiya sızıntısının hansı üsulla baş tutması haqda rayonda xəbərlər dolaşmağa başlayıb. A.Həşimovanın qudası Sübahir Qurbanovun məsələdə adı hallanmağa başlayıb. S.Qurbanovun həbsindən sonra isə məsələ yenidən gündəmə gəlib və A.Haşımovanın tutduğu postdan çıxarılması üçün tədbir görülüb. S.Qurbanovun həbsinə qədər təhsil şöbəsinin müdirinə dəstək verən icra başçısı yoxlamaların nəticəsinə müdaxilə etməkdən yayınıb. Belə məlumatlar var ki, rayonun vəzifəli şəxslərinin, prokurorun, polis rəisinin, MTN-in rayon şöbəsinin rəisi Əli İsgəndərovun və digər vəzifəlilərin gizli dinlənilməsindən əldə olunan məlumatlar sonradan icra hakimiyyətindəki kabinetlərə yol tapıb”.

Göründüyü kimi, Füzuli RİH başçısı Alı Alıyevə qarşı irəli sürülən ittiham çopx ağırdır və bu günə qədər o məsələylə bağlı hansısa açıqlama verməyib. Bəlli olduğu kimi, təhsil şöbəsinin MTN zabitinə qohum olan və baş verənlərdən əsas içtirakçılardan biri sayılan təhsil şöbəsinin müdiri Almaz Həşimova vəzifəsindən azad olunub. Amma məsələnin bununla yekunlaşacağı inandırıcı deyil. İddialar təsdiqini taparsa icra başçısı Alı Alıyevin də dindiriləcəyi və hətta həbs olunacağı da mümkün variantlardandır.

Mövzuya qayıdacağıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR