İçində ölüm gəzdirənlər – Həkimdən ŞOK AÇIQLAMA

4-12-2019, 13:35 402 dəfə baxılıb

İçində ölüm gəzdirənlər – Həkimdən ŞOK AÇIQLAMA


"Bu zaman insanda qəfil ürək çatışmazlığı, beyin fəaliyyətinin dayanması, kəskin ürək-ağciyər çatışmazlığı baş verir. Həmin insanlar çox tez məhv olurlar".

Həkimin bu çağırışı çoxlarınızın diqqətini çəkəcək. Bu barədə bir qədər sonra...

Ötən günlərdə İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxslərin üzərinə baxış keçirilən zaman hər hansı sübut aşkar olunmasa da, tibbi müayinə zamanı onların düz bağırsağında ümumi çəkisi 35 qramdan çox olan psixotrop maddə tapılıb. Bu kimi xəbərlərlə demək olar ki, hər gün rastlaşırıq.

Sirr deyil ki, bir ölkədən digərinə narkotik maddə keçirənlər müxtəlif ağlagəlməz üsullara əl atırlar. Mediadan dəfələrlə oxuduğunuz kimi, insanlar gömrük məntəqələrində daxili orqanlarında narkotik maddə keçirilərkən yaxalanırlar. Əsasən də düz bağırsaqlarında, mədəsində və bəzi hallarda isə qadınlar cinsiyyət orqanlarında bir ölkədən digərinə narkotik maddə daşıyırlar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəisi, gömrük polkovniki Natiq Axundov məsələ ilə bağlı Lent.az -a açıqlama verib. O, il ərzində aşkarlanan faktların sayını söyləyib. Xidmət rəisi bundan əlavə, bu üsula ən çox kişilərin yaxud qadınların əl atmasını da vurğulayıb:

“Daxili orqanlarında narkotik vasitə keçirilməsi ilə bağlı cari ilin yanvar-oktyabr ayları ərzində 97 fakt aşkar edilib. Bu faktlar əməliyyat məlumatı əsasında üzə çıxıb. Gömrük sərhəd keçid məntəqələrində “body scan” yoxlama aparatları quraşdırılıb. Şübhəli hal müşahidə edildikdə aparat vasitəsilə həmin şəxs yoxlanılır və daxili orqanlarında yad predmetlər asanlıqla aşkara çıxarılır. Aşkar olunan faktlar arasında narkotik maddələrin düz bağırsaq və cinsiyyət orqanlarında keçirilməsi hallarına daha çox rast gəlinib. Qeydə aldığımız faktlar arasında 70% kişilər, 30% qadınlar təşkil edir”.

Məlum məsələdir ki, sözügedən üsulla ölkəyə keçirilməsi planlaşdırılan xeyli sayda psixotrop maddə uzun müddət daxili orqanda qalır. Mövzumuzun digər tərəfi də həmin maddələrin insan orqanizmə necə təsir göstərməsi ilə bağlıdır. Bu barədə həkim-psixiatr-narkoloq Abdulla Şıxlıniski Lent.az -a danışıb. Həkim insanların bu yola acizlikdən əl atdıqlarını və çox vaxt da etdikləri əməlin qurbanı olduqlarını vurğulayıb:

Abdulla Şıxlıniski daxili orqanlarda bükülü konteynerlərin açılması nəticəsində bir sıra ciddi tibbi problemlərin yarana biləcəyini deyib. Narkoloqun bildirdiyinə görə, əsasən 3 metoddan istifadə olunur ki, bunlar da həyati təhlükəlidir:

“Bu vasitə ilə narkotik keçirənlərdə çox ciddi tibbi problemlər olur. Bəzən narkotikləri elə materialda büküb mədəyə daxil edirlər ki, həzm prosesində iştirak edən fermentlər onu əridə bilir. Bu zaman narkotik öz təsirini göstərməyə başlayır. Bundan əlavə, daha çox yayılmış vasitə narkotiklərin düz bağırsaqda keçirilməsidir. Həmin vasitədən istifadə edənlər çanaq əzələlərini gərginləşdirərək, narkotikin düz bağırsaqda qalmasını təmin etməyə çalışırlar. Əsasən, Asiya ölkələrində narkotikləri uşaqlıq yolunda keçirməyə cəhd edən qadınlar da var. Lakin bu üsulların hamısı insan sağlamlığı üçün çox təhlükəlidir. Əksər hallarda mədə-bağırsaqda olan narkotiklər həzm fermentlərinin təsiri ilə parçalanır, narkotiklər ildırım sürəti ilə və fantastik miqdarda qana keçir. Bu zaman doza aşmasından insanda qəfil ürək çatışmazlığı, beyin fəaliyyətinin dayanması, kəskin ürək-ağciyər çatışmazlığı baş verir. Həmin insanlar da çox tez məhv olurlar. Əslində gömrükçülər bunu aşkarlayaraq onların həyatını xilas edirlər. Qadınların uşaqlıq yolunda gizlətdiyi narkotik parçalanıb dağılarsa, uşaqlıq yolunun selikli qişası pozula bilər. Onların sonradan ana olmaq şansı əldən getmiş olur. Uşaqlıq yolu da zədələnərsə, yumurtalıqda da zədələnmələr baş verir. Düz bağırsağın divarları da çox həssas olduğu üçün narkotik maddələr parçalanarkən tez bir şəkildə sorulur və qana keçir. Nəticədə şəxs həyatı ilə vidalaşmalı olur”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı keçirdiyi mətbuat konfransında daxili orqanlarında narkotik vasitə keçirən qadınların sayının artdığını bildirib. Onun sözlərinə görə, 2018-ci il ərzində 87 qadının daxili bədən boşluğunda narkotik keçirməyə cəhd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR