“Bəs yayın dözülməz isti günlərində insanlar maskaları necə taxacaqlar?..”

15-05-2020, 11:41 188 dəfə baxılıb

“Bəs yayın dözülməz isti günlərində insanlar maskaları necə taxacaqlar?..”

13 May çərşənbə günü, “Kanal-11” televiziya kanalı axşam xəbərlərindəki süjetlərindən birini İsrail Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan tibbi maskaların əvəzedicilərinin axtarışı tədqiqatlarına həsr edib.

Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.

Kanalın məlumatına görə, iki nazirliyin mütəxəssisləri qızmar istilərin başlanması ilə israillilərin havanı çətin buraxan mövcud maskaları taxmaqdan imtina edəcəklərindən narahatdırlar və buna görə də həmin qoruyucu vasitələr üçün effektiv əvəz axtarırlar. Hazırda iki dövlət qurumunun nümayəndələrindən ibarət mütəxəssislər qrupu üzü örtə bilən müxtəlif şəffaf "qalxan" lardan istifadə imkanlarını nəzərdən keçirir.

İsrail Bioloji Tədqiqatlar İnstitutu və "SAXAL" Silahlı Qüvvələri Hərbi Dəniz Donanması nəzdində Elmi Tədqiqat Dəniz Tibb İnstitutunun alimləri dözülməz yay günlərində rahat taxıla biləcək qoruyucu vasitələri sınaqdan keçirirlər. Mütəxəssislər maskaların infeksiyanın yayılmasından nə dərəcədə etibarlı şəkildə qoruduğunu, onların nə qədər rahat olduğunu və səmərəliliyini artırmaq üçün hansı dizayn dəyişikliklərinin edilə biləcəyini test edirlər.

Səhiyyə Nazirliyinin Epidemiyalarla Mübarizə Qrupunun rəhbəri doktor Boaz Lev həhs edilən tədqiqatların doğru istiqamətdə aparıldığını düşünür, çünki İsrail vətəndaşlarının qoruyucu vasitələrini iqlim şəraitinə uyğunlaşdırmalı olacaqları anlaşılandır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR