Gənc bloqerin ölümlə hədələnməsinə səbəb

29-05-2020, 12:11 166 dəfə baxılıb

Katolik rahibə geyimində rəqs edən rusiyalı bloqer Yana Leonova sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

“Bloknot”un məlumatına görə, qız videoroliki özünün “TikTok” hesabında paylaşıb.

Kadrlarda görünür ki, Y.Leonova dərin dekolteli və yarığı olan ağ-qara geyimdə rəqs edir.


Bundan sonra gənc bloqerin ünvanına təhqirlər və hədələr gəlməyə başlayıb.

Y.Leonova “Instagram” hesabında əməlinə bəraət verməyə çalışıb: “Tövratda deyilib: “Qınama, qınanmayacaqsan”. Əgər siz həqiqətən də buna inanırsınızsa, mənə pis sözlər yazmaqdan əl çəkin. Mən dini təhqir etmirəm”.


Bununla belə, qızın ünvanına hədələr gəlməyə davam edib. Bundan sonra Yana hüquq mühafizə orqanlarına müraciət edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR