Prezident olanda kasıbladı, biznesmen kimi yenidən milyarder oldu - İNANILMAZ...

30-05-2020, 09:16 167 dəfə baxılıb

Ukrayna mətbuatı xəbər verir ki, ölkənin keçmiş prezidenti Petro Poroşenko yenidən milyarderlər siyahısına qayıdıb.

Bu barədə "Forbes" məlumat yayıb.

Sonuncu dəfə milyarderlər siyahısına Poroşenko 2014-cü ildə 1, 3 milyard dollar sərvətlə daxil olmuşdu. Prezdentlik dövründə onun sərvəti 40% azalaraq 750 milyon dollara düşüb.

Prezidentlik dövrü başa çatandan sonra Poroşenko əsas gəlir mənbəyi olan “Roshen” qənnadı fabrikində işlərini genişləndirmişdir. İndi onun sərvəti 1, 4 milyard dollar səviyyəsində qiymətləndirilir. Bununla da o Ukrayna milyarderləri arasında ilk üçlüyə daxil ola bilib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR