Hamilə qala bilməyən qadın həyatının ŞOKunu yaşadı - KİŞİ İMİŞ

30-06-2020, 12:02 405 dəfə baxılıb

Qarın ağrısı ilə həkimə müraciət edən 30 yaşlı Hindistan sakininə qeyri-adi xəstəlik diaqnozu qoyulub və onun bədənində kişi cinsinə aid XY xromosomları aşkarlanıb.

Bu barədə PTI agentliyi yazır.

Həkimlər xəstənin androgen həssaslığı sindromu, və yaxud Morris sindromundan əziyyət çəkdiyini bildiriblər. Bu xəstəliyi olanlar zahirdə qadına bənzəyir, lakin genetik olaraq kişidirlər.

Hindistanlı qadın doqquz ildir ki, evlidir. Həyat yoldaşı ilə övlad sahibi olmaq istəsələr də, cəhdləri uğursuz olub.

Xəstə həm görünüşü, həm səsi, həm sinəsi və xarici cinsiyyət orqanı baxımından qadındır, lakin uşaqlığı və yumurtalıqları olmadığı üçün o, heç vaxt menstruaiya (aybaşı) olmayıb, qarnındakı ağrılar isə prostat xərçənginin əlamətidir.

Onkoloq Anupam Dattanın sözlərinə əsasən, qadının daxilindəki kişi cinsiyyət orqanları inkişaf etməyib və testosteron ifraz olunmayıb.

Hazırda xəstə kimyaterapiya müalicəsi alır.

Məlum olub ki, onun 28 yaşlı bacısı və iki xalası da Morris sindromundan əziyyət çəkir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR