Koronavirusdan qorxmalıyıqmı? - Ən mükəmməl mütəxəssis rəyləri

1-08-2020, 08:26 172 dəfə baxılıb

Koronavirusdan qorxmalıyıqmı? - Ən mükəmməl mütəxəssis rəyləri


Koronavirusdan qorxma, sadəcə qorun.

Koronavirus pandemiyası başlayandan bu günə qədər keçən müddətdə xəstəliyin yoluxma şərtləri, əlamətləri, gedişatı və müalicəsi barədə daha dəqiq məlumatlar əldə olunub. Xəstəliyin əlamətləri dəyişməsə də, indi bütün xəstələri müalicə müəssisəsələrinə yerləşdirməyə ehtiyac yoxdur. Koronavirus evdə də müalicə oluna biləcək xəstəlikdir.

İlkin əlamətlər

İlkin əlamətlər yumşaq, yüngül və ya heç olmaya bilər.
Amma istənilən narahatlıq zamanı diqqətli olun:
- Boğazda qıcıqlanma
- Burunun tutulması
- Halsızlıq
- Birdən-birə əzginlik
- Əzələ ağrıları
- Hərarətin 37 dərəcəni keçməsi
- Öskürək
- Dad və iybilmənin azalması
- Ağciyərlər nahiyəsində ağırlıq kimi əlamətlər

Evdə, iş yerində bu əlamətlər olan şəxslə ünsiyyətiniz olubsa, dərhal özünütəcridə başlamalısınız. Küçəyə çıxmamaq, işə getməmək lazımdır.
Daha sonra təcili yardım və ya qeydiyyatda olduğunuz poliklinikaya (qəbul şöbəsi, sahə həkimi) zəng edərək əlamətləriniz və risk qrupuna aid olmanız barədə məlumat verib, testi gözləyin.

Yoluxma ilə bağlı şübhəniz varsa, nə etməlisiniz?

- Özünüzü evdə təcrid edərək, yaxşı havalandırılan otaqda qalaraq, qab, dəsmal, əşyaları ayırmaq və ailə üzvləri ilə ünsiyyətdə olan zaman maskada olmaq lazımdır.
- Bol ilıq maye, su, çay, meyvə kompotları, limonlu çay, bitki çayları qəbul etmək vacibdir.
- Boğazı xüsusi məhlul və ya duzlu su ilə qarqara edin.
- Meyvə, tərəvəzlə qidalanın.
- Profilaktika məqsədilə D, A, C vitaminləri, sink qəbulunu davam etdirin.
- Həkim təyinatı olmadan, qızdırma 38-i keçmədən, tənəffüsdə problem yaşamadan komputer tomoqrafiya etdirin və özbaşına antibiotiklər qəbul etməyin.
- Müxtəlif virus əleyhinə dərmanların koronavirusa təsiri yoxdur. Test cavabı çıxana və sahə həkimi müvafiq müalicə təyin edənə qədər heç bir müalicəvi preparat qəbul etməyin.
- Hərarət 37,5-ə qədər yüksəlirsə, onu dərmanla salmayın. 38,5-i keçərsə, "Parasetamol" qəbul edin.
- Stres, panika, həyəcan vəziyyəti kəskinləşdirir, tənəffüsü pozur və immuniteti zəiflədir. Buna görə də, mütləq sakitləşmək üçün tədbirlər görüb, dəstək üçün sakitləşdiricilər qəbul edin.
- İlkin əlamətlər başlayandan sonra gecə yuxunuzun saat 22:00-dan başlamasına diqqət yetirin və yatmağa çalışın.
- Test nəticəsindən asılı olmayaraq, əlamətlərin gedişatına uyğun davranıb, müalicənizi etdirin.
- Ağciyərlərinizin son 3 ildə vəziyyətindən xəbərdar deyilsinizsə, ən azı bir rentgen çəkdirə bilərsiz.
- Günəş, hava, hərəkət, su - sizin birinci müalicə vasitələrinizdir.

Koronavirusa yoluxanların 85 faizi onu yüngül keçirir və sağalır. Sağalmaq isə öz əlinizdədir. Sadəcə daha yaşlı və xəstə insanları yoluxdurmaqdan çəkinin.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR