Mövsüm infeksiyaları: Uşaqları necə qorumaq olar?

14-10-2020, 12:09 270 dəfə baxılıb

Soyuq havalarda viruslar daha da aktivləşir və beləliklə, virus infeksiyalarına yoluxma daha çox müşahidə edilir. Virus infeksiyasından ağırlaşma hallarına daha çox immuniteti zəif olan uşaqlarda rast gəlinir.

Uşaqları virus infeksiyalarından necə qorumaq olar? Bununla bağlı hansı tədbirlər görmək lazımdır?

Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı məqaləsini təqdim edir:

Virus infeksiyalarının ən təhlükəlisi qrip infeksiyasıdır. Qrip ağırlaşma verərək meningit, pnevmoniya, bronxit və s. yarada bilər. Ancaq xəstəlik 3 günlük hərarətdən sonra keçərsə, narahat olmağa dəyməz. Uşaqların immunitetini xəstələnməmişdən əvvəl möhkəmləndirmək lazımdır. Uşaqlara bol maye, C vitamini ilə zəngin olan qidalar, meyvə-tərəvəz çox verilməlidir. Uşaqlar zərərli qidalar - kolbasa və sosiska, şirniyyat yedikdə, tez-tez yersiz kimyəvi dərmanlar, antibiotiklər, ağrıkəsicilər qəbul etdikdə onların bağırsağında mikroflora məhv olur və immunitet zəifləyir.

Yayda uşaqların kifayət qədər D vitamini qəbul etməsinə fikir vermək lazımdır. D vitamini sintezi gedən vaxtlarda uşaqları havaya çıxarmaq vacibdir. Dəniz kənarına gedib qaralmaq immuniteti gücləndirmək demək deyil, əksinə zəiflətməkdir. Çünki dərinin də immun xüsusiyyətləri var, dəri qaralanda immunitet zədələnir, dağılır. İmmuniteti gücləndirən əsas vitamin D vitaminidir. Uşaqlar ilboyu imkan olan kimi günəş şüaları ilə təmasda olmalıdırlar. Fəsil dəyişən kimi valideynlər dərhal gedib aptekdən balıq yağı, vitaminlər alırlar, amma buna ehtiyac yoxdur, çünki heç bir vitamin kompleksi və balıq yağı immuniteti möhkəmləndirmir.

Uşaqların məktəbə gedərkən maskadan, "Oksalin" mazından istifadə etməsi xəstəliyin qarşısını almır. Ancaq uşaqlara gigyena qaydalarının (asqırarkən və öskürərkən ağız və burunu dirsək bükümü ilə tutmaq, mütəmadi olaraq əlləri sabunla yumaq) öyrədilməsi onları əhəmiyyətli dərəcədə qoruya bilər.

Soyuq havada qəbul edilən qidalara da xüsusi diqqət etmək lazımdır. Virus infeksiyası bir yerə düşdüyü zaman sürətlə yayılır. Bu səbəbdən uşaqların eyni mühitə getməsi həmin virusun sürətlə yayılmasına səbəb olur. Mümkün qədər çalışmaq lazımdır ki, xəstələnən uşaqlar məktəbə və bağçaya göndərilməsin. Əgər uşaqda ciddi şikayət varsa, həkimə müraciət edilməlidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR