“Məni FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edirlər...”

8-02-2020, 18:23 229 dəfə baxılıb

“Məni FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edirlər...”

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb. Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub. Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunur.

Bu barədə Mənsimovun özü "Facebook" səhifəsindən bildirib. O, barəsində irəli sürülən ittihamları “yalan” adlandırır və bildirir ki, yüksək məhkəməyə müraciət edib. Hərçənd cinayət işinin və ittihamın təfərrüatları barədə məlumat verməyib.

M.Mənsimovun müraciətindən belə anlaşılır ki, ona qarşı ifadə verənlər arasında “Palmali” şirkətinin keçmiş əməkdaşları, o cümlədən Azərbaycan vətəndaşları da var.

Mənsimovun barəsində cinayət işinin qaldırılmasına onun müraciətinə əsasən bəzi Türkiyə KİV-ləri də yer veriblər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR