Qəbul imtahanında suallar asan ola bilər

30-03-2020, 11:19 227 dəfə baxılıb

Qəbul imtahanında suallar asan ola bilər


Koronavirus pandemiyasının ölkəmizə ayaq açması və yoluxanların sayının günbəgün artması xüsusi karantin rejiminin daha da gücləndirilməsinə səbəb olub. İlk gündən etibarən əksər sahələrdə olduğu kimi təhsil sektorunda da ciddi tədbirlər görülüb.




Təhsil Nazirliyinin son qərarına əsasən, tədris prosesinə aprel ayının 20-dən etibarən başlanılacaq. Lakin burada düşündürücü bir neçə məqam var. Bunlardan başlıcası builki qəbul imtahanı ilə bağlıdır. Keçirilməyən dərslər nazirliyin təşəbbüsü ilə “Mədəniyyət” TV-də tele dərslər şəklində kompensasiya edilsə də, abituriyentlərin repititorlar hesabına universitetlərə qəbul olduğu yəqin ki, hamıya məlumdur. Mövcud vəziyyətlə əlaqədar bəzi müəllimlər hazırlıq dərslərini onlayn şəkildə keçməyə çalışsa da, bəziləri bunu edə bilmirlər. Qəbul imtahanı isə may, iyun və iyul aylarında keçiriləcək, yəni vaxta olduqca az qalıb. Nəticədə suallar yaranır: görəsən, belə olan halda builki qəbul imtahanı təxirə salına bilər? Yaxud imtahan baş tutacağı təqdirdə ötən illə müqayisədə sualların asanlaşdırılması mümkündür?

Təhsil eksperti Şahlar Əsgərov Yenisabah.az saytına açıqlamasında ölkədə təhsil alan gənclərin sayının artırılmasının planlaşdırıldığını və buna görə də imtahan suallarının asanlaşdırıla biləcəyini deyib: “Bizim hər 100 gəncimizin 3-ü çox talantlıdır, 15 isə sadəcə talantlıdır. Bu gənclər ali məktəb seçərkən Qərb universitetlərinə üz tuturlar, yəni bizdəki imtahan onlar üçün maraqlı deyil. 15 gəncimiz isə bir az gerizəkalıdır, yəni onlar ali məktəbə qəbul olsalar da, bir nəticə olmayacaq. Azərbaycanın qalan 70 gənci oxutmağa, imkanı var, hazırda 50-ni oxuduruq. Təhsil Nazirliyinin planında da bu göstəricini artırmaq var. 60-a qalxacaq. 70 şagirdin 60-nın ali məktəbə qəbul olması üçün böyük imtahan götürməyə ehtiyac qalmır, yəni nisbətən imtahan asanlaşa bilər. İmtahan götürmək bizim üçün çox vacib amilə çevrilib, amma həyat bundan ibarət deyil”.

Ekspertin sözlərinə görə, koronavirus aradan qalxdıqdan sonra əvvəlki illərdə 200 gün keçirilən dərslər 250 gün keçirilərək kompensasiya edilə bilər, hətta imtahanların təxirə salınması da mümkündür: “Ali və orta məktəblərdə tədrisin dayandırılması vaxtında verilən qərardır. Bizim məktəblərdə bir ildə 200 gün dərs keçilir. Koronavirus aradan qalxdıqdan sonra 200 yox, 250 gün dərs keçərik, beləliklə, fasilə kompensasiya edilər, hər şey qaydasına düşər. Bu problem gərək cəmiyyəti düşündürməsin. Cəmiyyət bəladan qurtulmağı düşünməlidir”.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR