SƏN QANUNA TÜPÜRƏRSƏNSƏ...

22-08-2020, 10:04 289 dəfə baxılıb

Elxan ŞÜKÜRLÜ
Qədim Romadan gələn və əsrlərdir insanları qanunlara əməl etməkdə ən yaxşı çağırışlardan biri kimi qiymətləndirilən məşhur bir deyim var: “Ən qısa əmr – şəxsi nümunədir”.
Həqiqətən də, o dövlət rəhbərləri özünü əhalisinə sevdirə bilir ki, ölkəsinin qayda-qanunlarına hörmət və riayət etməkdə şəxsi nümunə göstərirlər.
Bir ölkədə ali dövlət vəzifələri tutmuş şəxslər imtiyazlarından sui-istifadəyə çalışarlarsa, özünü idarə etdikləri xalqdan və dövlətin qayda-qanunlarından üstün tutarlarsa, o ölkədə heç vaxt sabitlik və rifah olmaz, çünki xalq heç vaxt həmin hakimiyyəti sevə bilməz və fürsət düşəndə də, həmin xalq özünü ondan üstün tutanları ayaqlayıb, tapdaq altda əzib-alçaldar! Ən yaxın tariximiz belə nümunələrlə doludur, axı…
Heç uzağa getməyək: vəzifədən çxarılan məmurlarımızın əksəriyyətinin vəzifəsindən uzaqlaşdırılandan sonra ən hörmətsiz və urvatsız şəxslərə çevrilmələrinin, hətta bəzilərinin it yerinə belə qoyulmamalarının bir səbəbi də elə məhz budur – vəzifədə olarkən özlərini xalqdan seçdirmələri, xalqdan üstün tutma cəhdləri!
Davamlı sabitliyin təminatı qanunların aliliyində və hər kəsin də qanun qarışısında bərabərliyindədir! Böyük Russo elə-belə demirdi: "Ən yaxşı qanun - qanuna hörmət qanunudur!"

0




loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR