“Köhnə qvardiya” birləşir? - “Bu, onları gülünc vəziyyətdə qoya bilər”

9-09-2020, 13:06 314 dəfə baxılıb

Xəbər verildiyi kimi, Əli İnsanov AMEA-nın prezidenti Ramiz Mehdiyevə dəstək verərək onu aktiv olmağa səsləyib.

Eyni zamanda Milli Şuranın da dolayısı ilə Ramiz Mehdiyevi dəstəklədiyi bildirilir.

İqtidar və müxalifətin islahatları arzulamayan “köhnə qvardiya”ları birləşə bilərmi?

Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe. info- ya açıqlamasında “köhnə qvardiya”ların birləşmə ehtimalının mümkün, lakin ziyanlı olduğunu bildirib:

“Hazırkı vəziyyəti birmənalı şəkildə qiymətləndirmək olmaz. Çünki elə bir vəziyyət yaranıb ki, Ramiz Mehdiyevin etdiyi qanunsuzluqlarla bağlı onun üzərinə bir hücum var. Amma o, hələ də Elmlər Akademiyasının prezidenti, Təhlükəsizlik Şurasının üzvüdür. Yəni ən məsul vəzifələrdə təmsil olunur. Amma iqtidarın onu siyası baxımdan “vurduğu” görsənir. Belə bir məqamda biz müxalifət olaraq Mehdiyevi, onun qurduğu sistemi tənqid etmişiksə və onu bu sistemin başında duran əsas fiqurlardan biri kimi qiymətləndirmişiksə, bu gün müxalifət olaraq yenidən onu müdafiə etməyimiz yersiz və gülünc görsənər. Onda belə çıxır ki, dünənin istənilən cinayətkarı öz düşərgəsini dəyişən kimi biz ona qucaq açıb, cinayətlərini bağışlamalıyıq. Şəxsən Ağ Partiya olaraq bizim belə bir niyyətimiz yoxdur. Əgər “köhnə qvardiya” və ya “köhnələr” dediyimiz kimlərsə düşərgəsini dəyişənlərə dəstək verirsə, onlar cəmiyyət qarşısında düşəcəkləri vəziyyəti düşünsünlər. Dünənədək tənqid etdiklərinə bu gün qucaq açmaları onları daha gülünc vəziyyətə qoyar və onsuz da az olan elektratlarını dağıdar. Bütün hallarda istənilən ehtimal mümkündür. İndiki vəziyyətdə bu fikirlərə “olmaz” demək mümkün deyil. 10 illərlə xaricdə iqtidar nümayəndələrini müxalifət kimi xalqa sırıyırlarsa, niyə də Razim Mehdiyevi qəbul etməsinlər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR