“Müharibə ab-havası güclənən kimi bəzi qüvvələr ordu əleyhinə hərəkətə keçirlər”

16-09-2020, 13:51 205 dəfə baxılıb

“Hərəkətə keçən bəzi qüvvələr hədəfə cəbhənin ən ağır ərazisinin müdafiəsinə cavabdeh olan komandirləri, əsasən də strateji istiqamətdəki ordu korpusunun rəhbərliyini alırlar”.

“MediaPost” xəbər verir ki, bunu hərbi ekspert, “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun fikrincə, düşmən olan-olmaz şər-şəbədələri ilə döyüşlərdə ordunu idarə edəcək komandirlərin imicinə zərbələr vurur, onlara olan inamı sarsıtmağa çalışır:

“Heç bir düşmən qarşısında savadlı, bacarıqlı, işini bilən komandir görmək istəməz. Döyüşdən öncə bütün vasitələrlə belə komandirlər sıradan çıxarılır. Necə ki, faşistlər II Dünya Müharibəsinə başlamazdan əvvəl 1937-1940-cı illərdə SSRİ-yə qarşı bu mexanizmdən uğurla istifadə etmişdilər. 1941-ci ildə almanlar SSRİ-yə hücum edəndə Sovet ordusunun başında təcrübəli, savadlı zabitlər qalmamışdı. Bir qismi atılan şər-böhtanlara əsasən edam edilmiş, bəxti gətirənlər də sürgünə göndərilmişdilər. Qələbəni təmin edən əsas amillər qüvvə, vasitə, motivasiyadır. Komandir motivasiya yaradır, qüvvə və vasitələri idarə edərək qələbənin əldə olunmasını təmin edir”.

R. Süleymanovun sözlərinə görə, indi olanlar 1990-cı illərin ssenarilərinin təkrarıdır:

“İndi Moskvadan, İrəvandan, Xankəndindən aldığı siqnallarla idarə olunan bəzi qüvvələrin cəbhənin ən ağır sahəsini müdafiə edən komandirlərə qarşı yenidən aktivləşməsi, fikrimcə, sıradan bir hadisə deyil. 1992-1993-cü illərdə də dəfələrlə yaşanmış belə halların acı nəticələrini bu gün də hiss edirik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR