"Azərbaycanda hər an döyüşə hazır 500 min əsgər olmalıdır"

18-12-2020, 09:17 183 dəfə baxılıb

“Şanlı Azərbaycan ordusunun modern hərbi silah və texnikadan istifadə edərək müasir taktika və strategiya ilə apardığı müharibədə qismən az şəhidlə (20 min kvadrat km ərazini xarici terroristlərdən istifadə edən erməni azğınlalırından təmizləmək azı iki dəfə çox şəhid verməklə qurtara bilərdi) qalib gəlməsi Azərbaycanın yeni ,müasir tarixinin yazılmasına start verir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, şəhidlərin içərisində zabitlərin faizinin həddən artıq çox olması Azərbaycan rəhbərliyi döyüşü xüsusi hazırlıqlılarla aparmaqla az təcrübəli əsgərlərin kütləvi həlak olmasının qarşısını ala bilib.

“Zabitlərin əsgərlərin önündə getməsi qələbənin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan hökuməti bütün əsgərlərini xüsusi təyinatlılar səviyyəsində hazırlaması istənilən düşməni müharibədən çəkindirər. Azərbaycanda ordunun formalaşdırılmasında bəzi Avropa ölkələrinin siyasətindən istifadə etmək olar.

Əsgərlikdə quluq etmiş istənilən vətəndaş 35 yaşına qədər hər il 15-30 gün hərbu təlim keçməli və istənilən vaxt vuruşmağa hazır olmalıdır. Beləliklə Azərbaycanda hər zaman döyüşə hazır olan azı 500 min döyüşçü olmalıdır.

Azərbaycan və Ermənistanla razılığa gəlib sülhməramlı qüvvələri Laçın karidoru və Dağlıq Qarabağın bir hissəsində yerləşdirmiş Rusiya (Mən bir daha bu silahlı qüvvələrin sayının, zirehli texnikasının izafi sayda olduğunu qeyd etmək istəyirəm, yəni silahlı qüvvələr maksimum 1000-ə yaxın, zirehli texnika 30-40 olmalı idi) istənilən vaxt bu hərbi kontinentinin artırmasını tələb edə bilər. Onun üçün 10-larla səbəb göstərə bilər.

RF-nın xarici siyasəti (Dünyada yeganə bu tipli ölkədir) qonşu ölkələri həmişə qorxu içərisində saxlamağın üzərində qurulub. Rusiya Azərbaycana qarşı bu qorxu siyasətini gücləndirəcək. Azərbaycan buna hazır olmalıdır və geri çəkilməməlidir. Geriyə atılan bir addım çox fatal nəticələr verə bilər.

Türkiyə ordusunun heç olmazsa Naxçıvanda sayının və gücünün bir neçə dəfə artırılması çox mühüm rol oynaya bilər. Naxçıvanın 30 minlik ordusu, insan potensialı imkan verir. Həm də Azərbaycanın başqa regionlarından 20-30 min əsgər, zabit ora göndərilə bilər və üstəgəl 10 min Türk ordusu əgər böyük müharibə olarsa Ermənistanı məğlub etməyə kifayət edər.

Bu tədbirlərin görülməsi əsasən müharibə etmək üçün yox, etməmək üçündür. Belə hazırlıqlı Azərbaycanla heç kim müharibə etməyə cəhd etməz, dil tapmağa çalışar. Azərbaycanın daxilində yerləşdirilmiş Rus qoşunu faktoru Azərbaycan üçün ən ağır nəticələr verə biləcək faktordur. Azərbaycan xarici siyasətinin strategiya və taktikasının nədən ibarət olduğunu Şərq ölkələrindən tutmuş Avropaya qədər, Yaponiyadan tutmuş ABŞ-a qədər bütün ölkələrə çatdırmağa çalışmalıdır, tərəfdarlarının sayını artırmalıdır. Son hadisələr Prezident və onun komandasının bu işi görməyə qadir olduğunu təsdiqləyir. Onlara bu ağır işlərində uğurlar arzulayıram”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR