"Qalatasaray"da misirli hücumçu

29-01-2021, 13:24 207 dəfə baxılıb

"Qalatasaray"da misirli hücumçu"Qalatasaray" növbəti transferini həyata keçirib.

İstanbul təmsilçisi Misirin "Zamalek" klubunun hücumçusu Mustafa Mohamedi 1.5 illik icarəyə götürüb. Misir klubunun mətbuat xidmətinin rəhbəri İssam Salem "Qalatasaray"ın 2 milyon dollar icarə haqqı ödəyəcəyini bildirib.

"Cim-Bom" əlavə 4 milyon dollar ödəyərək 24 yaşlı oyunçunun birədəfəlik almaq hüququna da sahibdir.

Qeyd edək ki, M.Mohamed bu mövsüm Misir Liqasında çıxdığı 4 matçda 2 qol vurub. O, Misir millisinin  formasını isə 4 dəfə geyinib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR