"YAP-ın növbəti qurultay keçirməsini alqışlamaq lazımdır" - Şahlar Əsgərov

3-03-2021, 11:34 222 dəfə baxılıb

Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultay keçirəcəyi ilə bağlı məlumat yayılıb.

Məlumata görə, bəzi şəxslər YAP-dan kənarlaşdırılacaq.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan YAP-ın Siyasi Şurasının üzvü Şahlar Əsgərov deyib ki, növbədənkənar qurultayın keçiriləcəyi gözlənilən idi:

"Mən də hesab edirdim ki, qurultaya ehtiyac var. Çünki Azərbaycanda ictimai-siyasi, iqtisadi vəziyyət dəyişib. Keçmiş qurultaydan da kifayət qədər vaxt keçib. Ona görə də güman edirəm ki, cəmiyyət üçün YAP-ın növbəti qurultay keçirməsini alqışlamaq lazımdır, mən də alqışlayıram. Qurultaydan gözləntim odur ki, cəmiyyətdə özünü müsbət tərəfdən göstərmiş gənclərmiz bu qurultayda iştirak etsin. Ordudan təxris olunmuş gənclər qurultayda rəhbər heyətə seçilə bilər. Bir və ya bir neçə müharibə iştirakçısı, qazi, veteran YAP-ın rəhbər orqanlarına seçilərsə, bu, daha yaxşı olar”.

Şahlar Əsgərov bildirib ki, YAP-da təmsil olunan və cəmiyyətdə rəhbər vəzifə tutmuş insanların çoxu "özünü yandırdı”: "O adamların rəhbər orqanlarda, Siyasi Şurada, İdarə Heyətində təmsil olunması YAP üçün də xeyir gətirməyən faktordur. Yəqin ki, onlar da təmizlənər”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR