Şəmkirin icra başçısı geriyə… Bakıya çağrılır

21-12-2015, 13:35 898 dəfə baxılıb

Şəmkirin icra başçısı geriyə… Bakıya çağrılır













Vergi sistemindən Şəmkir rayon icra hakimiyyətinin (RİH) başçısı postuna təyinat alan Alimpaşa Məmmədov görəv başına keçdikdən sonra heç də işinin öhdəsindən layiqincə gələn kadr kimi xarakterizə olunmadı

Onun rəhbərlik etdiyi rayonda əvvəldən də narazılıq yox deyildi, amma Alimpaşa Məmmədovun gəlişi bu kimi şikayətləri daha da artırdı. Bu da “yuxarıları” müdaxilə etməyə vadar edib.

Mənbənin söylədikləri: “Vergilər naziri Fazil Məmmədov üşün dəyərli fiqur olan Alimpaşa Məmmədovun RİH başçısı postunda qalıb-qalmaması müzakirə predmetinə çevrildiyindən nazir də işə qarışmalı olub”.

Mənbə dia.az-a açıqlamasında iddia edir ki, gələn ilin ilk günlərində Alimpaşa Məmmədov vəzifəsindən azad ediləcək: “Onun yenidən Bakıda vəzifəyə gətirilməsi də gözlənilir. Fazil Məmmədov adamına daha bir şansın verilməsinə nail olub. Hələlik hansı posta… bilnmir. Bilinəni odur ki, Alimpaşa Məmmədov artıq Şəmkiri idarə etməyəcək”.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimiz olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR