“Makron az qala Merkelin çantasını daşısın, ancaq Ermənistana görə "xoruzlanır""

17-05-2021, 18:59 169 dəfə baxılıb

"Fransa Avropanın müharibə teatrı səhnəsində hər zaman uduzub".

Bunu Cebhe.info-ya açıqlamasında sabiq spiker Rəsul Quliyev deyib. Sabiq spiker müharibə tarixlərinə nəzər salaraq Fransanın zəfiliyini göstərib:

"1-ci Dünya Müharibəsi dövründə, lap dəqiq desək, 1918-ci ilin sonlarında ABŞ qoşunları 1 ay gec Fransaya daxil ola bilməzdi, çünki almanlara maksimum 15 gün lazım idi ki, Fransanı işğal etsin. 2-ci Dünya Müharibəsində də Fransa Polşadanda tez almanlara məğlub oldu. Baxmayaraq ki, Polşa iki cəbhədə vuruşurdu - qərbdən Almaniya, şərqdən isə Qırmızı ordu bu ölkəni bölürdü.

Almanlar Polşaya 600 min, bolşeviklər isə 1 milyonluq ordu yeritmişdi. Həm Birinci, həm də İkinci Dünya Müharibəsinin başlamasının əsas səbəbkarı isə Rusiya idi. ABŞ və Böyük Britaniya Fransaya əsas iştirakçı statusu bağışlayandan sonra De Qoll 60-cı illərdə konstitusiya qəbul etdi. 1974-cü ildən Fransada bu konistitutsiya əsasında Jiskar De Esten, Mitteran, Şirak, Sarkozi, Olland və Makron prezident seçiliblər.

Mən şəxsən Makron prezident seçiləndə "Bu adam gəncdir, iqtisadiyyatı yaxşı bilir, qismən konservatordur, deməli yaxşı işləyəcək, Fransanı reformalar gözləyir” düşüncəsində idim. Ancaq nəticə əksinə oldu. Bu adamın reformalarının heç biri baş tutmadı. Fransız xalqı onun hər bir siyasətinə yox dedi. Öz ölkəsində nələrin baş verdiyini anlamayan Makron başqalarına, məsələn Ərdoğana, Putinə, Əliyevə, Paşinyana indi də Natanyahuya dərs vermək eşqinə düşüb... Çox gülməlidir".

Rəsul Quliyev əlavə edib ki, bu tip böyük ölkələrin Prezidentlərinin bu qaydada özündən müştəbehlər olması həm öz xalqı, həm də qonşuları üçün olduqca təhlükədir:

"Tarixi Almaniyadan qorxan Makron az qala xanım Merkelin çantasını daşısın, ancaq Ermənistanın qarşısında "xoruzlanır". Yazıq Fransız xalqı.., gör səni kimlər idarə edir...”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR