Azərbaycan şəhid verdi

26-03-2016, 10:51 738 dəfə baxılıb

Azərbaycan şəhid verdi











Elşad Abbaszadə ölümündən sonra təltif edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 25-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə Silahlı Qüvvələrimizin hərbi qulluqçusu kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınları və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qarşı tərəfin itkiləri dəqiqləşdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR