Azərbaycanda 36 yaşlı məhkəmə hakimi vəfat etdi

12-05-2016, 14:27 627 dəfə baxılıb

Azərbaycanda 36 yaşlı məhkəmə hakimi vəfat etdi















O, 2002-ci ildə BDU-nin Hüquq fakültəsini bitirib

Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Qasımova vəfat edib.

Bu barədə “Report”a həmin məhkəmədən məlumat verilib.

Məlumata görə, 36 yaşlı M.Qasımova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Qasımova Mətanət Eynulla qızı 1980-ci ildə anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Binəqədi Rayon Məhkəməsində, Ali Məhkəmədə, Xətai Tikinti Mexanizasiya ASC-də, Xəzər Rayon Məhkəməsində müxtəlif vəzifələrdə çalışıb.

2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR