YPX-nin alay komandirindən növbəti özbaşınalıq

21-08-2015, 13:26 1006 dəfə baxılıb

YPX-nin alay komandirindən növbəti özbaşınalıq















Rəşadət Babayev saxlatdırdığı maşını cərimə meydançasına salıb, sahibindən 500 manat tələb edir

Bakı Şəhər Baş Dövlət Yol Polisində sözün həqiqi mənasında özbaşınalıq və yiyəsizlik hökm sürür. Bu idarədə elə rütbə sahibləri var ki, onlar bütün şəhərin «ağası» hesab olunurlar. Onların maşınlarını ötmək, yaxınlıqlarından sürətlə keçəmək qeyri-rəsmi olaraq qadağan edilib.

Hətta elə şöbə rəisləri və ya alay komandirləri var ki, onlar üçün qanun yalnız şəxsi istəklərinə işləyir. Onlara kimsənin söz deməsi də hələ müşahidə olunmayıb. Və rəhbərliyə edilən şikayətlərin də heç bir təsiri və nəticəsi yoxdur.

Redaksiyamız xəbər verir ki, DYP-nin YPX-nin alay komandiri Rəşadət Babayev məhz belə «toxunulmaz»lardandır. Onun «kəsdiyi başın sorğusu» aparılmır. Özünü Bakınırn «ağası» hesab edən alay komandininin bir maşını saxlaması üçün isə minlərlə bəhanə var. Ən əsası əmr verib, saxlatdırır, sonra da sübut edə bilməsə də, cərimə edərək buraxır.

Redaksiyamız şikayət edən Masallı sakini Rafil Həsənov bildirib ki, avqustun 19-də 90 XX 055 dövlət nömrə nişanlı «Porşe» markalı avtomobili ilə «İçərişəhər» metrosunun qarşısından hərəkət edərkən 99 YP 330 dövlət nömrə nişanlı maşının ekipajı olan YPX əməkdaşları tərəfindən saxlanılıb.

YPX-nin alay komandirinin göstərişi əsasında saxlanıldığı barədə xəbərdarlıq edilən Rafil Həsənova saxlamanın səbəbi kimi, idarə etdiyi «Porşe» markalı maşınınına guya, əlavə qurğuların quraşdırılması gösərilib. Və YPX-nin əməkdaşı rəisin təlimatına əsasən bildiriblər ki, bəs, maşının səsboğucu hissəsindən əlavə səslər gəlir və onların hamısı sonradan quraşdırılmış avadanlıqların yaratdığı problemlərdir.

Amma Rafil Həsənov bildirib ki, polisin iddiası əsassızdır. Çünki o, idarə etdiyi avtomobilinə heç bir əlavə qurğu qoşmayıb və bunu təsdiq edən sənədə də malikdir. Belə ki, o, 2014-cü ildə aldığı avtomobilə heç bir əlavə qurğunun və avadanlığın quraşdırılmadığına dair «Porşe»nin Bakı Mərkəzinin polisə təqdim etdiyi sənədi YPX əməkdaşlarına göstərib. Amma bunun Rəşadət Babayevə heç bir təsiri olmayıb.

Şikayətçi bildirib ki, Rəşadət Babayev saxlatdırdığı avtomobili məcburi qaydada cərimə meydançasına apartdırıb. Və sürücüəyə bildirib ki, 500 manat gətirməsə, maşını cərimə meydançasından çıxmayacaq.

Qeyd edək ki, bu cərimənin hansı məqsədlə istənildiyi məlum deyil. Çünki mövcud qanunvericilikdə 500 manatlıq cərimə yoxdur. Görünür, bu, Rəşadət Babayevin «yazdığı» başqa «qanun kitabın»dakı maddələrə əsasən müəyyən edilmiş məbləğdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR