“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”

21-09-2018, 09:42 796 dəfə baxılıb

“Vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır”


Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti (DTX) erməni terrorizmi ilə bağlı bəzi arxiv sənədlərini ictimaiyyiləşdirib.

DTX-nın ictimaiyyiləşdirdiyi bu sənədlər erməni terrorizminin tarixi ilə bağlı yeni araşdırmalara yol aça bilərmi?

Moderator.az-a açıqlama verən BAO başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bu yeniliyi yüksək qiymətləndiridyini vurğuladı:

“DTX-nın erməni terrorizmi ilə bəzi arxiv sənədlərinin ictimailəşdirməsi istiqamətində atdığı addımı yüksək qiymətləndirirəm. Əksinə, bu addım çoxdan atılmalıydı. Hesab edirəm ki, bununla bağlı bütün sənədlər ictimailəşdirilməlidir. Ölkəmizdə vaxtilə ermənilərlə əməkdaşlıq etmiş adamların da adları açıqlanmalıdır ki, onların övladları valideynlərinin kim olduqlarını bilsinlər.
Son illərdə ermənilərin apardıqları yalan ideologiya süquta uğramaqdadır. Bu baxımdan dünya artıq onların terrorçu simasını görür və qəbul edir ki, bunlar həmişə iri güclərin əlində alət olaraq iyrənc yollarla dövlət qurmağa nail olmuşlar. Tarixdə onların dövlətləri olmamışdır. Onların tarixi terrorizmə söykənir. Bu terrorun başında da erməni kilsəsi dayanır. Hesab edirəm ki, erməni terroruna kömək edən və bu terrordan öz məqsədləri üçün istifadə edən dövlətlərin də adları açıqlanmalı və başda çəkilməlidir. Erməni kimdir ki? Bu yaramazları ortaya atanlar, terror partiyası olan Daşnaksütyunu yaradanlar vardır. Bu terrorun arxasında hansı iri güclər dayanırdi? İndi kim dayanır? Onları kim silahlandılrırdı? İndi kim silahlandırır? Bu mənada bütün sənədlər ictimailəşdirilməlidir.
Bu gün ölkəmizdə hələ də “beşinci kolon”u özlərinin “dədə”ləri, bəzi Avropa qüvvlərini özlərinin “baba”ları sayanlar vardır. Buna görə sənədlərin ictimailəşdirilməsi davam etməli və onların dilləri qısalmalıdır. Tarix nəticədir. Biz nəticəni ortaya qoymalıyıq. Çünki nəticə dövlətçiliyimizin qüvvətlənməsinə xidmət edir. Bu mənada DTX-nin atığı addımları bəyənir və onlara bu istiqamətdə daha da fəal olmağı arzulayıram!!!”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR