Bakıda doğuş zamanı körpə öldü

8-09-2015, 13:46 872 dəfə baxılıb

Bakıda doğuş zamanı körpə öldü

















Əməliyyata kimi uşağın hər hansı problemi olmayıb

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğuş şöbəsində (`Respublikanski` adı ilə məşhurdur -red) qeysəriyyə əməliyyatı zamanı Günel Babayevanın dünyaya gətirdiyi körpə ölüb.

Bu barədə AzVision.az-a G.Babayevanın yaxınları məlumat veriblər.

Bildirilib ki, əməliyyata kimi uşağın hər hansı problemi olmayıb.

Yaxınlarının sözlərinə görə, G.Babayevanın körpəsinin ölümündə əməliyyatı aparan həkimlər günahkardır.

Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlasaq da oradan bu məsələ ilə bağlı açıqlama vermək istəmədilər.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR