"Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə...." - Millət vəkilindən BNA-ya İTTİHAM

8-04-2019, 10:12 302 dəfə baxılıb

"Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə...." - Millət vəkilindən BNA-ya İTTİHAM

"Bu arada ölkədə piyada ölümləri baş verərsə, bunun əsas günahkarı heç şübhəsiz Bakı Nəqliyyat Agentliyi olacaqdır."

Moderator.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

"Bir neçə dəfə irad bildirmişəm, yenə də diqqət edib görürəm ki, piyadalar üçün keçid zolaqlarını ağ boya ilə neçə aydır ki, rəngləmirlər. Zabrat təfəfdə bu zolaqlar artıq çoxdan rənglənmədiyindən, sürücülər elə düşünürlər ki, bu xətlərdə dayanmamaq olar. Dayanacaqlar da çirkab içində. Onları da hər gün yumalı olduqları halda taleyin ümidinə buraxmışlar. Bu agentlikdə kimsə boyaları şəxsi istehlakına yönəltmişsə, Hesablama Palatasını oraya yönəltmək lazım gələcək..."


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR