Ağdamlılar bu məmurdan razılıq edir-Foto

29-04-2019, 19:58 291 dəfə baxılıb

Ağdamlılar bu məmurdan razılıq edir-Foto



Ağdamın son illər başçı sarıdan bəxti gətirmir.
Nizami Sadıxov sabiq polis rəisi vətəndaşlarla kobud polis kimi rəftar edirdi. Onun dövründə kənd təsərrüfatı ilə bağlı maxinasiyalar pik həddinə çatmışdı.
Ondan sonra gələn Raqub Məmmədov 200-300 manat maaşa işləyən müəllimin əmək haqqından 50 manat yığılması ilə yadda qaldı.
Ağdamdakı məhur “çay evi”-nin bərpası isə ayrıca yazıdır. Həmin obyekt hazırda da rayonda çalışan idarələrdən birinin müdiri tərəfindən şəxsi hesaba tikilib. Şəxsi hesab deyəndə ki, həmin məbləği də o məmur elə dövlətdən oğurlayıb.
Azerinfo.tv bildirir ki, hazırda Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Vaqif Həsəvov tuturHələlik heç bir ciddi dəyişiklik sezilmir. Amma insanlarla rəftarında daha korrekt olmağa çalışdığı söylənilir.Vaqif Həsənov köhnədən qalmış idarəçilikdən imtina da edə bilmir. Xüsusilə rüşvətə bulaşmış təhsil işçiləri ilə bacarmaması bunu sübut edir. Elə özü haqda da gedən mənfi yazılara yalnız susmağı ilə yada qalıb.
Lakin rayonda əhali ilə korrekt davranan, vətəndaşların etimadını qazanmış YAP üzvləri də var. Məhz belələrinin çiynində iqtidar partiyası etimadını əhali arasında itirmir.
Xüsusən yerli icrad böyük məsləhətçi kimi işləyən Quliyev Mansur Söhbət oğlundan vətəndaşlar razılıq edir.
Ona gələcək işlərində də uğurlar diləyirik.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR