Fuad Abbasovun evini əlindən alıblar - Səhhəti yaxşı deyil

27-06-2019, 15:48 375 dəfə baxılıb

Fuad Abbasovun evini əlindən alıblar - Səhhəti yaxşı deyil



Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovun səhhəti yaxşı deyil.

Bu haqda Modern.az-a F. Abbasovun atası Malik Abbasov bildirib.

O bildirib ki, Fuad Abbasovun indi həyəcanlı vaxtıdır.

“Səhhəti hələ o qədər də yaxşı deyil. Hazırda özünü pis hiss edir. Bakıya məcbur göndərdilər Fuadı. Əgər Bakıda iş verilsə Fuad burda yaşayacaq.

Orada evini də əlindən aldılar. Fuad 3-4 gün ərzində mətbuata geniş məlumata verəcək”.

Qeyd edək ki, jurnalist F. Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb.

Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb.

Abbasov Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılırdı.

O, mayın 25-də axşam saatlarında jurnalist Rusiyadan Azərbaycana deportasiya edilib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR