İsgəndər Həmidov vəfat edib

26-02-2020, 11:19 242 dəfə baxılıb

İsgəndər Həmidov vəfat edib


Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.

Bu barədə APA-ya Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü.

Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR