“ASAN xidmət” işini bərpa edir - RƏSMİ

25-04-2020, 13:33 215 dəfə baxılıb



“ASAN xidmət” işini bərpa edir - RƏSMİ“ASAN xidmət” gələn həftədən vətəndaşlara öncədən növbə götürməklə xidmət edəcək”.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşlara əvvəlcədən növbə almaq üçün iki imkan yaradılıb:

“ASAN xidmət” mobil tətbiqi yaradılııb. Vətəndaşlar həmin mobil tətbiqi telefonlara yükləməklə onlayn növbə götürə bilər və “ASAN”-a gəlməklə gözləmədən işlərini həll edib gedə bilərlər.

Digər imkanı qurumun rəsmi saytı vasitəsilə əldə etmək olar. Sonuncu imkan 108 Çağrı mərkəzidir. Vətəndaş zəng etməklə onlayn növbə götürə biləcək”.

Ü.Mehdiyev qeyd edib ki, qabaqcadan növbə götürməyən vətəndaş mərkəzə buraxılmayacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR