Peşə məktəblərinə qəbul avqustda keçiriləcək - Diqqət!

11-05-2020, 12:38 163 dəfə baxılıb

Peşə məktəblərinə qəbul avqustda keçiriləcək - Diqqət!

Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR