Səfərov kimin əmisi oğlunu öldürüb?

28-05-2020, 18:17 140 dəfə baxılıb

Avropa İnsan Haqları Məhkəməsinin dünənki qərarından sonra Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun adı ətrafında yenidən ajiotaj yaranıb. Əksəriyyət Ramil Səfərovun əməlini yüksək qiymətləndirib, onu müdafiə etsə də, Azərbaycan bayrağını ardıcıl təhqir etdiyi üçün layiq olduğu cəzanı alan erməni hərbçisi Qurqen Markaryana qahmar çıxanlar da az deyil.

Köhnə bayatılar yenidən səsləndirilir. Düz 16 ildir bəzi adamların dilindən eyni sözləri eşidirik: Ramil ermənini niyə yatdığı yerdə öldürüb?

İstintaq çoxdan başa çatıb, məhkəmə öz qərarını verib, Ramil Səfərov ömrünün ən gözəl 8 ilini qürbət ellərdə məhbəsdə keçirib. Amma hələ də ermənilərə qahmar çıxan bir qrup azərbaycanlı Ramilin yaxasını buraxmır. Sən demə, silahsız ermənini öldürmək kişiliyə sığmırmış…

David Xerdiyan adlı bir jurnalist var. Livanda yaşayır. Xocalı faciəsi baş verəndə David Dağlıq Qarabağda olub. Bu mənfur erməni öz millətinin Xocalıda törətdiyi vəhşiliklərdən necə ilhamlanıbsa, “Xaç uğrunda” adlı kitab yazıb. David öz kitabının 16-17-ci səhifələrində Xocalı soyqırımını belə təsvir edir:

“Martın 2-də “Qaflan” erməni qrupu yüzlərlə alçaq türkün cəsədini toplayıb Xocalının bir kilometrliyində ayrı-ayrı tonqallarda yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlaşma və imdad səsləri gəlirdi...”

Sosial şəbəkələrdə Ramil Səfərova diş qıcayan adamlardan soruşuram: bir dəfə görmüsünüzmü ermənilər 10 yaşlı azərbaycanlı qızı qulaqlarından tutub cəsədlərin içinə atan, sonra da meyitlərlə birlikdə onu da diri-diri yandıran alçaq Tiqranyanın fəaliyyətini tənqid etsinlər? Hansısa erməninin o şərəfsiz Tiqranyana “10 yaşlı uşağı yandırmağa necə əlin gəldi? Tonqalda yandırdığın o körpənin çığırtısını eşidəndə, heç vicdanın sızladımı?” dediyini eşitmisinizmi? Mən sizin kar, kor, şil olmadığınızı yaxşı bilirəm. Onu da bilirəm ki, sizdən fərqli olaraq, ermənilər öz qəhrəmanlarını aşağılamağı özlərinə rəva bilmirlər. Ermənilərin özlərinə rəva bilmədiklərini siz necə özünüzə rəva bilirsiniz? Erməni qədər də olmadınız?...

Jurnalistin işi sual vermək, araşdırmaqdır. Markaryana canı yananlara daha bir sualım var: Zori Balayanı tanıyırsınız? Əminəm ki, tanımayanlar bu sətirləri oxuyandan sonra tanıyacaqlar. Həmin Balayan özünün “Ruhumuzun dirçəlişi” adlı kitabında ermənilərin Xocalıda törətdikləri soyqırım haqqında belə yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasnını dəyişdi. Ruhum sevincdən qanadlandı. Daha sonra Xaçatur ölmüş uşağın cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı”.

Bəlkə bu əməlinə görə Xaçaturu söyən, onun pis sifətinə tüpürən hansısa ermənini tanıyırsınız? Bu suallara cavab verməyən adamların Ramil Səfərovdan hesab sormağı ədalətsizlikdir. İnsan ömründə heç olmasa bir dəfə ədalətli olmağı bacarmalıdır…

Əmim oğlu Mais Verdiyev 1993-cü ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Maisi ermənilər öldürüb. Ramil Səfərov Maisi öldürən erməninin əmisi oğlunu öldürüb. Ramil Səfərov Xocalıda, Malıbəylidə, Qaradağlıda günahsız insanları qanına qəltan edən ermənilərin əmisi oğlunu öldürüb. Qurqenin ölümü sizi niyə bu qədər yandırır? Siz kimin əmisi oğlusunuz: Ramilin, yoxsa Qurqenin?
Seymur VERDİZADƏ //yenisabah.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR