ATU-nun professorundan SOS: - “Əks halda həyatımızın qeyri-şərtsiz sonudur”

24-07-2020, 10:26 123 dəfə baxılıb

Tanınmış professor, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü Musa Qəniyev koronavirus infeksiyasının yayılması, cinsi, etnik, yaş fərqliliyi və xronofarmakoloji xüsusiyyətlərilə bağlı ölkəmizin müxtəlif bölgələrini gəzərək insanlar üzərində müşahidələr aparıb.

Publika.az xəbər verir ki, alim COVID-19-la mübarizənin strategiya və taktikasında buraxılan səhvləri açıqlayıb. O, immunitetin gücləndirilməsində Günəş şüaları sayəsində orqanizmdə təbii şəkildə yaranan D vitamininin rolundan söz açıb:

“İyul ayının ikinci yarısı və avqust ayında Günəş şüasının spektrində törənən dəyişikliklər insanlarda immunitetin əmələ gəlməsi və formalaşmasının həlledici şərtidir. Unutmaq olmaz ki, şimal zonasında yaşayan insanlardan fərqli olaraq ekvator xəttinə yaxın olanlar üçün düz düşən Günəş şüası tək yaşamaq yox, sadəcə olaraq bu həyatda mövcud olmaq üçün yeganə zəruri vasitədir. Əks halda həyatımızın qeyri-şərtsiz sonudur”.
Həkim koronavirusun müalicəsində istifadə olunan dərmanların zərərlərinə də toxunub:

“Xüsusən son vaxtlar insanlarımız arasında antiviral preparatlar kimi “Favipiravir”, “Remdesivir” və “Ozeltamivir”ə (Tamiflyu) xüsusi diqqət göstərilir. Bəri başdan demək istəyirəm ki, hazırda virilosid potensialı tam olmasa da, müəyyən nisbətdə dəyərləndirilən bu preparatların həkim təyinatı olsa belə, ev şəraitində istifadəsi qəti qadağandır. Xüsusən hamilə, südəmizdirən, eləcə də hamiləliyi planlaşdıran və ya bunun üçün müalicə alan qadınlara”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR