Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər - Diqqət!

4-09-2020, 11:51 492 dəfə baxılıb

Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.

Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR