Aygün Əliyeva və Rəvanə Əliyeva yeni vəzifələrdə - TƏBİB-də dəyişiklik
Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyinin (TƏBİB) struktur dəyişikliyi aparılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, TƏBİB-də yeni yaradılan İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Aygün Əliyeva təyinat alıb.
TƏBİB-in departamentin daxilində yeni yaradılan şöbənin müdiri vəzifəsinə isə mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva təyin edilib.
Hazırda TƏBİB-də mətbuat katibi vəzifəsi boşdur. TƏBİB-dən dəyişiklikləri təsdiqləyiblər.