Qazinin bacısı Kooperasiya Universitetinin rəhbərliyinə səsləndi: “Qardaşımın diplomunu verin”

24-11-2020, 12:34 45 dəfə baxılıb

“Mənim qardaşım da Kəlbəcər, Şuşa, Qubadlı, Zəngilan və Cəbrayıl olmaqla, 5 şəhərimiz uğrunda olan döyüşlərdə şücaət göstərən, qürur mənbələrimizdən biridir. Mən isə bir əskər bacısı olaraq daha bir əskərimizin, Ülvi Nazim oğlu Muxtarovun diplom barədə olan probleminə Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən kömək olunmasını xahiş edirəm.”

Kaim.az bildirir ki, bu haqda döyüşçünün bacısı Türkan Muxtarova yazıb:

“ Əskərimizin təhsil haqqı zamanında ödənə bilmədiyi üçün diplomsuz qalıb və qanunla təyin olunmuş müddəti də dolub artıq. Şükür ki, Qarabağımız da azad olundu və burda mənim qardaşımın da öz rolu var. O uşaqlıqdan olan arzusunu yaşaya bildi.

“Əskər olub, Qarabağda döyüşəcəm və geri alacayıq” deyərək böyüyən əskərimizin diplom arzusuna da öz universiteti kömək olar. Füzuli Hərbi Hospitalında müalicəsinin bir həftəsi belə olmamış, müalicəsi effekt vermədən əsğərimizi geri apardılar. Qardaşım üçün bu bir problem olmasa da, əskər yoldaşlarıyla bir olmaq istəsə də, ana və bacıları olaraq biz, uşaqlıqdan bronxlarinda, ciyərlərində problemi olan birinin müalicəsinin tamamlanmasını istəyirik. Bizə bugünkü Qarabağ sevincini yaşadanlardan birinə diplom sevinci yaşatmaq üçün sizə Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Təhsil Nazirliyinə” səslənirəm. Ümid edirəm, 2015-2019-cu illər arası “MAALİYƏ UÇOTU VƏ AUDIT” fakültəsində təhsil almış olan, Azərbaycan Kooperasiya Universitetinin 2019-cu il məzunu, əsğərimiz Ülvi Nazim oğlu Muxtarovunda təhsil haqqının ləğv olunub, diplomunun verilməsi haqda qərar qəbul olunacaqdır. Bu qərar ilə, tək diplom vermiş olmaz, eyni zamanda hərbi xidmətinin vaxtını doldurmuş olan əskərimizin müalicəsinə kömək etmiş ola bilərsiz. Diplomunu ala bilsək, əskər biletini alar və həkimlərin köməyi ilə, özümüz sağlığıyla yaxından məşğul olarıq..”



Düşünürük ki, aidiyyatı orqanlar qazimizin diplomunu almasına yardımçı olar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR