Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? - Rəsmi

13-01-2021, 10:18 198 dəfə baxılıb

Məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsinə başlanılır? - Rəsmi

Təhsil Nazirliyi yaxın zamanlarda ümumtəhsil müəssisələrində dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İctimiayyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bildirib ki, dərslərin mövcud pandemiya şəraitində ənənəvi qaydada keçirilməsi məsələsi ilə bağlı hər hansı qərar qəbul edilməyib:

"Bu qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu qərar mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla verilir. Hələ ki, belə bir qərar hələ verilməyib. Tədrisin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu barədə ilk növbədə Təhsil Nazirliyinin resurslarında məlumatlar paylaşılacaq".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR