Niyə bu müqəddəs aya Ramazan deyirlər?

3-05-2021, 00:53 202 dəfə baxılıb

Niyə bu müqəddəs aya Ramazan deyirlər?Allah Təala Ramazan ayını - Allahın ayı, bərəkət ayı, bağışlanma ayı, tövbə ayı, atəşdən azad olmaq ayı, səbir ayı, fədakarlıq ayı, behiştə çatmaq ayı adlandırmışdır.

İmam Səccad (ə) buyurur: "Gözəl Allaha sitayiş olsun ki, bəndələrinə ehsan yollarından birini Öz ayında qərar vermişdir. Ramazan ayı - oruc ayıdır, İslam ayıdır, pak edən aydır, günahların aradan getdiyi və gecə namazının ayıdır".

İmam Sadiq (ə) buyurur: "Ramazan ayı necə də gözəl aydır. Peyğəmbərin (s) zamanında ona Mərzuq (yəni ruzi verilmiş) deyərdilər".

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayına ona görə ramazan deyirlər ki, çünki günahları yandırar".

Lüğətdə "ramazan" sözünün mənası "qaynar olub, dağ olmuş daş"a deyilər. Necə ki, dağ olmuş qaynar daş insanın ayağını yandırar, Ramazan ayı da günahları yandırar. (Tebyan)

Hişam ibni Salim nəql edir: "Biz 8 nəfər idik ki, İmam Baqirin (ə) xidmətində Ramazan ayından danışırdıq. İmam (ə) buyurdu: "Deməyin, bu Ramazan və o Ramazan. Ramazan gəldi və Ramazan getdi. Ramazan - Allahın adlarından biridir. Nə gedər və nə də gələr. O şey ki, gedər və gələr - aradan gedən və məhv olandır. Bu sözə ay əlavə edin ki, Allahın adlarındandır".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR