İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur

9-06-2021, 13:34 370 dəfə baxılıb

İsmayıllıda qaz problemi - İstehlakçıların hüquqları kobud şəkildə pozulur


İsmayıllı rayonunda mavi yanacağın verilməsində tez-tez fasilələr yaranır. Ağsu regional qaz istismar idarəsinin, İsmayilli sahəsi olmazın fırıldaglara əl atır.
Ekspertlərin sözlərinə görə hər bir qaz istismar idarəsinin  yaz, yay, payız təmiri və sair işlərlə bağlı tədbirlər planı olmalıdır. Həmin tədbirlər planına uyğun olaraq, əvvəlcədən rayon, şəhər və sair yaşayış sahələri xəbərdar olunmaqla qazın verilməsi dayandırıla bilər. Ancaq rayon, şəhər icra hakimiyyətləri təmir, tikinti işlərinin harada aparılmasını qeydə almalıdır. Bunu sübut edən dəlillər, foto, video görüntülər olmalıdır. Digər tərəfdən hər bir küçə, dalan üçün QPŞ- adlanan, qaz paylayıcı şəbəkə mövcuddur. Əgər qaz sızıntısı varsa, təmirə ehtiyac varsa həmin ərazidə yerləşən QPŞ-ni bağlamaqla qeyd edilən təmiri həyata keçirmək olar. Balaca bir iş üçün 13.000  abonenti olan rayonun qazını dayandırmaq ciddi qanun pozuntusudur. Bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda rayon icra hakimiyyəti başçısının zəifliyidir ki, onun ideoloji rəhbəri olduğu bir ərazidə əhali narazı salınır. Fakt budur ki, İsmayilli qaz idarəsi öz itkilərini və qazın satışını əhalinin hüquqlarının pozulması ilə ört-basdır etmək istəyir. Təmir qurtardıqdan sonra xəttə uzun müddət hava qalır ki, bu da əhalinin istismar olunmasına yönəlib. Hava var qaz yanmır, ancaq sayğac yazır. Bu özbaşınalığı durduran dövlət qurumları yoxdur. Bu gün səhər saatlarından İsmayilli rayonunda qazın verilməsi dayandırılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR