İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar

10-06-2021, 08:56 331 dəfə baxılıb

İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar

Mədəniyyət və turizm nazirliyinin İsmayıllıda yerləşən regional mədəniyyət  idarəsi,F.Əzimov adına uşaq incəsənət məktəbində bəzi qanunazidd əməllərin olması barəsində maraqlı faktlar almışdıq.Bu faktlara söykənərək facebook sosial şəbəkəsi vasitəsilə məsələnin tərəfimizdən ictimaiyyətə təqdim olunacağı anonsunu vermişdik.
Əvvəlcə onu qeyd edək ki,bu idarə İsmayıllı rayonunda uzun illər ərzində müdir,hazırda isə müavin vəzifəsində çalışan Azər Abbasovun korporativ maraqlarına xidmət edib.Bu idarənin fəaliyyəti yoxlanılsa,tam əminliklə söyləmək olar ki, hədsiz qanunsuzluqlar, dövlət vəsaitlərinin israf və mənimsənilməsi faktı ortaya çıxar.Ancaq çox təəssüf ki, mədəniyyət və turizm nazirliyi bu məsələnin araşdırılmasını istəmir.Azər Abbasov hər yerdə söyləyir ki,mən tək yeməmişəm,yuxarının pulunu vermişəm.Azər Abbasovun nə qədər haqlı olub, olmadığı qeyd edilən nazirliyin reaksiyasindan məlum olacaq.Hələ ki,Azər Abbasov özünü qalib kimi aparır.Azər Abbasovun xaraba qoyduğu mədəniyyət sahələrindən biri olan, rayon F.Əzimov adına uşaq incəsənət məktəbidir.Burada məktəbin direktoru heç bir səlahiyyəti olmayan,sadəcə direktor yerinə əyləşdirilmiş bir şəxsdir.Məlumatlı mənbə qeyd edir.Uşaq incəsənət məktəbində aparılmış təmir, tikinti işləri kosmetik xarakterli olub.Məktəbin istilik sistemi düzgün quraşdırılmayıb və buradan tikinti adı ilə xeyli dövlət vəsaitləri mənimsənilib.Məktəbə alınmalı olan yeni avadanlıqların heç biri alınmayıb,köhnə avadanlıqların təzə adı ilə rəsmiləşdirilməsi həyata keçirilərək ayrılan maliyyə vəsaitləri mənimsənilib.Bu boyda məktəbin foyesində Röyal, pianosu yoxdur.Bərk,yumşaq inventarların pulu mənimsənilib.Bütün bu işləri Azər Abbasov həyata keçirib.Azər Abbasov bu sahə hesabına oliqarx həyatı yaşayır.Rayon bazarında ayaqqabı mağazası, oğluna məxsus evinin podvalinda ayaqqabı sexi və sair biznes şəbəkəsinə malikdir.

Azər Abbasovun uşaq incəsənət məktəbində yaratdığı ölü canlar.
1.Cavid Bədəlov 24 saat qarmon müəllimi.Sumqayitda yaşayır işə gəlmir.Maaş kartı Azər Abbasovun cibində.
2.Cəmilə 24 saat.Pianino müəlliməsi.Ailəlidir Bakıda yaşayır.
3.Zərifə 24 saat pianino müəlliməsi.Ailəlidir Sumqayıtda yaşayır.
4.Natəvan 24 saat pianino müəlliməsi.Bakida yaşayır, gözəllik salonunda işləyir.
5.Gülşən Nəbiyeva.24 saat pianino müəlliməsi.Bakıda yaşayır.
6.Aygün 24 saat pianino müəlliməsi.İsraildə yaşayır.
7.Əziz 24 saat pianino müəllimi.İşə gəlmir çayxana işlədir.
8.Aynurə 24 saat pianino müəlliməsi.Rusiya federasiyasinda yaşayır.

Əlavə olaraq hər ay müəllimlərdən 30 azn pərdə pulu adı ilə yığılır və Azər Abbasova verilir.İmtahanlarda hər bir şagirddən adamına baxıb pul alınır.Şagirdlərə qiyməti pul almaqla şöbə müdiri Mahir müəllim yazır.Mahir müəllimin 36 saat dərs saatı olduğu da qeyd olunanlar arasındadır.Məktəbi qurtaran hər bir şagirddən diplom üçün 100-150 AZN alınır.Seçkilərdə iştirak edən müəllimlərin adına əməkhaqqı yazılaraq mənimsənilir.Bu müəssisəsində qanunsuz əməllər bununla bitmir.Azər Abbasov mədəniyyət sahəsini bazara çevirib və şəxsi maraqları üçün istifadə edir.İsmayıllıda bu sahə bərbad vəziyyətdədir və köklü islahatlar həyata keçirmək vaxtıdır.Əgər Azərbaycan respublikasının qanunvericiliyi bu rayonda işləyirsə,onda Azər Abbasovun fəaliyyəti dövrü yoxlanılmalı maliyyə vəsaitlərinin sərfiyyatı təftiş olunmalı və hüquqi qiymət verilməlidir.Belə şəxslərin bunca əməllərinə göz yummaq olmaz.

Elçin İsmayıllı.

İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar
İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar
İsmayıllıda uşaq incəsənət məktəbində ölü canlar


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR