Azərbaycanlı biznesmen “Banan Elçin” axtarışa verildi

13-09-2018, 14:17 580 dəfə baxılıb

Azərbaycanlı biznesmen “Banan Elçin” axtarışa verildi


Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Sankt-Peterburq üzrə müstəntiqləri “Aysel” və “AyBaRus” şirkətlərinin rəhbəri, Rusiyanın nəhəng meyvə və tərəvəz istehsalçılarından biri olan Elçin Əhmədovu quldurluqda ittiham ediblər.

Bununla bağlı “Kommersant” məlumat yayıb.

Əhmədov federal axtarışa verilib və yaxın vaxtlarda bu, beynəlxalq axtarışla əvəz oluna bilər.

İstintaq məlumatlarına görə, 2015-ci il noyabrın 20-də, səhər saat 9-dan 11-dək Əhmədov, onun əməkdaşı Cavid Mansurzadə, eləcə də, qeydi-müəyyən şəxslər “Royal” şirkətinin Sofiya küçəsindəki anbarına gəlib, aldatma yolu ilə şirkətin kassasına daxil olublar.

Onlar əllərində silaha oxşar alətdən istifadə edərək, kassadan “Royal”ın sahibi Novruz Xəlilova məxsus 12 milyon rubl (171,5 min dollar - red.) pulu götürüblər.

Əməli sübuta yetirilərsə, Elçin Əhmədovu 8 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir. O, qeydiyyatda olduğu ünvanda tapılmayıb və axtarışa verilib.

Məlumatlara görə, şirkət rəhbəri sağlamlığı ilə əlaqədar Rusiyadan kənarda olduğu üçün o, beynəlxalq axtarışa verilə bilər.

Qeyd edək ki, Elçin Əhmədov Rusiyaya xaricdən meyvə-tərəvəz idxal edən ən iri təchizatçılardan biridir və məlumatlara görə, hətta banan idxalı üzərində monopoliyaya malik olub. Bu səbəbdən ona “Banan Elçin” ləqəbi də qoşublar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR