Hər ay həkim xalatı üçün pul yığan İnstitut direktorundan alim olmaz…

30-10-2019, 13:03 496 dəfə baxılıb


Hər ay həkim xalatı üçün pul yığan İnstitut direktorundan alim olmaz…

Azərbaycan Prezidenti İlham Əliyevin ciddi siyasi iradə ortaya qoyaraq həyata keçrdiyi islahatlar bəzi işbazların kürkünə birə salıb. Daha ciddi problemlərn illərdir hökm sürdüyü bu sahələrdə vəziyyətin nəzarətə götürülməsi əsasən yeni baş nazir Əli Əsədova həvalə olunub. Bu xüsusda yaşlı və korrupsiyalaşmış məmurların da vəzifədən uzaqlaşdırılması o deməkdir ki, islahatların daha uğurla həyata keçirilməsi üçün yeni islahatçı komanda formalaşır və bu növ məmurlar artıq kənardadır.

Ölkənin ciddi islaharlara ehtiyacı olan daha bir sahəsinin Səhiyyə olması kimsəyə sirr deyil. Nəzərə alsaq ki, bu islahatlar zamanı yaşlı məmurlar da yola salınır, o zaman Səhiyyə naziri Oktay Şirəliyevin bu siyahıda olacağı qaçılmazdır.

Ölkə səhiyyəsindəki problemlərin yalnız nazirin çıxarılması ilə kökündən düzələcəyini düşünənlər isə yanılır. Səhiyyə sistemində gənc olan o qədər baş həkim, direktor var ki, nazir onların yanında imam övladıdıdr. Pambıqla baş kəsən o qədər baş həkim göstərmək olar ki, onların nəzarətindəki xəstəxanalarda vəziyyət lap pik nöqtədədir. Əsasən rayon xəstəxanalarında daha çox korrupsiyalaşma halı barədə dəfələrdə məlumat verilsə də, Bakının mərkəzindəki xəstəxanaların baş həkimləri heç də onlardan geri qalmır.

Aylardır ölkə mətbuatında Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutun direktoru Gülnaz Dadaşovanın əməlləri ilə bağlı ciddi faktlar yer alır. Onun barəsində plagiat elmi fəaliyyətdən tutmuş, institutu rüşvət ocağına çevirməsi, qanunsuz olaraq işdən çıxaırlma məlumatlar çılpaqlığı ilə qeyd olunur. Amma bu günə kimi bu direktora qaşın üstə gözün var deyən yoxdur.


Bütün bunlar azmış kimi, Səhiyyə nazirliyinin rəhbərliyindəki “naməlum əl” bu direktoru hələ də qorumağa müvəffəq olur. Nəzərə alın ki, Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu hansısa ucqar dağ kəndində yerləşən bir feldşer məntəqəsi deyil. Bu tibb ocağında yüzlərlə alim, professor və həkim kontingenti çalışır. Bir deirektorun əməli üzündən kardiologiya sahəsi məhv olur, elmi təcrübələr aparılmır, müalicə oluna bilən xəstələr vaxtından əvvəl dünyadan köçür və sairə.

Doğrudanmı bu insanların, dövlətin, millətin taleyini kimsə düşünmür? Həqiqətənmi dövlət Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun ciddi fəaliyyət göstərməsini, yeni alimlərin yaranmasını, bu sahədəki yeniliklərin öyrənilməsini, ölkəmizdə tətbiqini istəmir?

Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, gənc direktor Gülnaz Dadaşovanın işi institutda boruların dəyişdirilməsi, həkim xalatlarının hər ay yenilənməsi adı altında həkimlərdən, alimlərdən, professorlardan, hətta 200-250 manat əmək haqqı alan orta ve kicik tibb personalı işçilərindən xalat pulu yiğmaqdan ibarətdir. Anlaya bilirsizmi bu nədir? Təsəvvür edirsinizmi Elmli-Tədqiqat Kardiologiya İnstitutunun çapını və onun direktorunun bu işini? Dünyanın bir nömrəli problemi sayılan ürək xəstəliklərinin həlli ilə məşğul olmalı olan, ixtiralara imza atmalı olan, ən ağır ürək əməliyyatlarının konsensusunu aparmalı olan alimlərdən həkim xalatı üçün pul yığırlar. Ola bilər kimilərəsə gülməli gələr bu vəziyyət. Amma aglamaq lazımdı. XXI-ci əsrdə bu yekəlikdə institutun alimlərindən remont pulu yığan direktordan necə alim ola bilər?


Ən gülünc olan budur ki, Elmli-Tədqiqat Kardiologiya İnstitutunda elm araşdırmalar, ciddi elmi axtarışlar əvəzinə şou biznesdəki istifadə metodlarını tətbiq edərək 3-4 həkimi reklam kliplərine cəkdrir. Bu qədər biabırçılıq nəyə lazımdır, Gülnaz Dadaşova…?

Elə isə necə olur ki, İnstitutun elmi bazasını təşkil edən və dissertasiyalar üzərində 4-5 il calisşan doktorantlar və dissertantlar öz elmi işlərini müdafiə edə bilmirlər. Elə şəraiti bu adamlara yaratmaq, onları efirə çıxarmaq lazımdır, şou göstərmək yox.

Prezident İlham Əliyev son çıxışında bildirdi ki, ölkədə sistemli islahatlar davam edir və bütün sahələri əhatə edəcək. Elə isə səhiyyə sisteminin böyük bir hissəsini, əsasən də ana damarını təşkil edən institutlara diqqət ilk yerdə dayanmalıdır. İlk öncə Elmli-Tədqiqat Mərkəzlərinin fəaliyyəti yoxlanmalıdır, xalat pulu yığan rəhbərləri dəyişdirilməlidir. Baş nazir Əli Əsədov bu məsələyə şəxsən nəzarət etməlidir.

Məlumata görə, Elmli-Tədqiqat Kardiologiya İnstitutunun həkimləri baş direktot Gülnaz Dadaşovun artıq pik həddə çatdırdığı əməllərindən bütün dövlət qurumlarına ardıcıl müraciətlər ünvanlayıblar. Hələlik ortada heç bir nəticə yoxdur. Bu isə hələ də son demək deyil. İslahatlar davam edir və yaxın vaxtlarda növbə ölkənin səhiyyə sisteminə də çatacaq. O zaman alimlərdən xalat pulu yığan baş həkimlər, direktorlar ya arxivə, ya da həbsə göndəriləcək.

Zatən hər ay həkim xalatı üçün pul yığan İnstitut direktorlar, baş həkimləri anlayıb ki, onlardan alim olmaz və onların ömrünə lap az qalıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR