Kitabxana toyuq hininə çevrilib, pulu isə silirlər- BEYLƏQANDA

24-12-2019, 12:06 297 dəfə baxılıb


Kitabxana toyuq hininə çevrilib, pulu isə silirlər- BEYLƏQANDA

Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində ciddi korrupsiya faktları var.

Nümayəndəliyin nəzdində 1 rayon Mədəniyyət Mərkəzi, 15 kənd mədəniyyət evi, 17 kənd klubu, 1 Mərkəz, 37 kənd kitabxana filialı, 1 Uşaq Musiqi Məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur.
Bu mədəni-maarif müəssisələrində 311 nəfər işçi çalışır ki, onların da 205 nəfəri ali və orta ixtisas təhsillidir. Nümayəndəliyin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələrində 80 bədii özfəaliyyət kollektivi, dərnəyi və birlikləri vardır ki, bunların işində 1221 nəfər həvəskar iştirak edir.


Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Nazim Mirzəyevdir.
Hansı ki, Beyləqan şəhərinin sabiq ivra nümayəndəsi Azil Aslanovla adı böyük maxinasiyalarda hallanıb.
Qeyd edilirdi ki, Nazim Mirzəyev icra hakimiyyəti tərəfindən müəsissəsinə ayrılan vəsaitin 13 faizini alır, yerdə qalan pul Azil Aslanova və icra başçısı Vaqif Abdullayevə çatdırırmış.
Məhz o səbəbdəndir ki, bir çox kitabxanaların və mədəniyyət ocaqlarının qapısı illərlə açılmır. Bəziləri toyuq hini kimi fəaliyyət göstərir.
Ötən il isə mediada Beyləqandakı mədəniyyət işçilərinin şikayəti dərc edilmişdi ki, Nazim Mirzəyev onların maaşına zorla şərik çıxır.
Azerinfo.tv-yə verilən məlumata görə eyni hal davam edir.
Şikayət məktubudnda qeyd olunur ki, kitabxana, musiqi məktəbinin işçiləri 10 manat, mədəniyyət və klub işçiləri isə hər ay 20 manat verməyə müdirə verməyə məcbur edilirlər. Həmçinin şikayət məktubunda iddia olunur ki, Nazim Mirzəyev mədəniyyət evlərində adı olub özü olmayan xeyli “ölü canların” adına yazılan əməhaqqını cibinə qoyur. Şikayətçilər bildirir ki, bu ölü canlardan əslində hamının xəbəri var. Dəfələrlə “ölü canların” adına əmək haqqı alması müdirə irad tutlsa da, Nazim Mirzəyev saxta əməkhaqqıların böyük hissəsinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri Elman Məmmədova və naziriyə çatdığını bildirir.
P.S. Bir müddət əvvəl Beyləqanın Daşburun qəsəbəsində ailə zəminində baş vermiş cinayətdə yerli klubda baş vermiş bəzi hadisələr də hallanıb. Bunlar haqda ətraflı məlumat verəcəyik.
Ardı var


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR