Abşeron polisi və yerli FHN Xırdalanda imkansız ailəni sevindirdi

9-05-2020, 14:08 700 dəfə baxılıb

Abşeron polisi və yerli FHN Xırdalanda imkansız ailəni sevindirdi

COVID-19 virusu ilə bağlı karantin rejimi aztəminatlı ailələri çətin vəziyyətdə qoyub.
Dövlət bu zəruri addımı atmağa borclu idi. Qabaqlayıcı tədbirlər olmadı deyə İtaliya kimi qabaqcıl Avropa ölkəsi karonovirusa yenildi. Azərbaycan isə vaxtında bütün tədbirləri aldı.

İşsiz vətəndaşlara da 190 manat həcmində kompensasiya veriləcəyi açıqlandı.
Ancaq elə ailələr var ki, heç internetləri də yoxdur. Yəni online qeydiyyatdan keçə bilmirlər,məşğulluiq idarələrində adları işsiz kimi qeydə alınmayıb.
Belə acınacaqlı durumda olan ailələr var. Fərdi sahibkarlar və vətəndaşlarla yanaşı epidemiya ilə ilk sıralarda vuruşan polis işçiləri də belə insanlara yardım edirlər.
Elə bu gün Abşeron Polis İdarəsinin əməkdaşları və Abşeron FHN Xüsusi Riskli Xilas Qrupunun üzvləri Xırdalanda qalan imkansız bir ailənin azuqə ehtiyyatlarını aldıqlarının şahidi olduq.Bundan əlavə ailəyə pul da verildi.
Nə polislər, nə də FHN əməkdaşları adlarını açıqlamadılar. “Azərbaycanlı olaraq borcumuzdur” deyərək işlərinin başına qayıtdılar.
Qeyd edək ki, bu Abşeron polisindən ilk nümunəvi addım deyil.
Bir müddət əvvəl Abşeron Pİ rəisi Şəhriyar Şəmşirli ilə bağlı məlumat yayılmışdı.
Xəbər verilirdi ki, Qubanın keçmiş polis rəisi Şəhriyar Şəmşirli polis şöbəsinə qayıdarkən görüb ki, kalidorda bir azyaşlı uşağı polis əməkdaşları danlayırlar. Şəhriyar Şəmşirli uşağı otağına çağırır və sorğu sualdan sonra məlum olub ki, uşaq aptekdən dərman istəyib və əzzaçı ona dərmanı verən kimi pulu verməmiş aradan çıxıb. Bu hal 2-ci dəfə baş verdiyinə görə, aptek sahibi uşağı polisə verib. Polis rəisi isə uşaqdan soruşur ki, niyə oğurluq edirsən, axı yetkinlik yaşına çatmamısan?! Olmaz, cinayətdir!
Uşaq rəisə deyib ki, anam ağır xəstədir, yoxsa oğurluq etməzdim.
Rəis dərhal müstəntiqi çağıraraq əmr edib ki, uşağın evinə getsinlər və araşdırsınlar ki, həqiqətənmi uşağın anası xəstədir. Evə gedən polis əməkdaşı qayıdaraq polis rəisinə bildirirlər ki, həqiqətən aptekdən oğurluq edən uşağın anası ağır xəstədir. Bunu eşidən polis rəisi Şəhriyar Şəmşirli uşağa 200 manat pul verir və hər ay da 200 manatın veriləcəyini bildirir. Evinə isə bütün tibbi dəranların xərclərini ödəyərək uşağı azad edib. Hal hazıra kimi Şəhriyar Şəmşirli həmin ailəyə ayda 200 manat pul ödəyir.

Azerinfo.tv-nin baş redaktoru İlqar Atabəyli
Xeberfakt.az saytının baş redaktoru Sakit Muradov


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR