"Tanrı İlham Əliyevi xalqımıza mükafat verib"

16-10-2020, 12:15 173 dəfə baxılıb

Mən 1988-ci ildən başlayaraq bu hadisələrin şahidiyəm. Meydanlardan bu günə kimi. Əvvəlcə Qərbi Azərbaycanın Amasiya rayonundan bura qaçqın kimi gəlmişik. Sonrakı hadisələr Sizlərə məlum. Buna görədə burdan bu mənfur ölkənin (yəni Ermənistanın) vətəndaşlarına və onların havadarlarına öz fikirlərimi çatdırmaq istəyirəm. Əvvala bizi ordan çıxaranda bizim bir çox ziyalılarımız sizin nəzərinizə çatdırdı ki, bu ağılsızlıqdır. Sizə heç kim Qarabağ verməz. Qoyun xalqlar yanaşı yaşasın. SSRİ-nin dağılması o demək deyil ki, kim haranı istəyir oranı zəbt etsin. Onsuzda Qarabağ erməniləri ora köçürülmədilər. Azərbaycan hökuməti o vaxtda humanistlik edib bunları orda yerləşdirib (ən böyük səhvimiz.) Hətta deyirdilər ki, bu “Gəmidə oturub gəmiçiynən dava etmək” deməkdir. Bir çox ziyalılarımızsa onları başa salırdı ki, biz lap yaxşı yerdə qonşuyuq (Azərbaycanla, Gürcüstanla, Türküyə ilə). Bu Şərqin qapısı, Avropa ölkələrinə çıxış deməkdir. Yada salım ki, SSRİ-nin dövründə təkcə Türkiyənin Qars şəhərindən Leninakana (indiki Gümrü şəhərinə) dəmir yolu xətti var idi. Hətta o dəmir yol xəttini göstərib deyirdilər ki, sizə bura bəsdir. Demokratiya olacaq (o vaxt bunu demək çətin idi, heç kim inanmırdı ki, SSRİ dağılar) siz bu xəttdən daha yaxşı istifadə edərsiz. Bütün ölkələr ticarətini bu yol vasitəsilə həyata keçərəcək, sizdə öz haqqınızı alacaqsınız (bizim elə uzaq görən ziyalılarımız var idi).

Hətta qonşu kənddən bir erməni var idi, adını bilmirəm familyası Adamyan idi. O özü kəndinin camaatını başa salırdı ki, türklər düz deyir (orda bizə türk deyirdilər) biz bu istəyimizlə qırğın törədərik və axırdada elə özümüz qırılacıq.

Bunların havadarlarına gəlincə özləri kimi iki üzlüdürlər (Rusiya, Fransa, Yunanıstan və.s). Görün bunların havadarları bunlardan necə istifadə etdilər. Bütün bunları qırğına verdilər.

Əvvala Azərbaycan hökuməti sizə dəfələrlə ən yaxşı variantı sülh, yanaşı yaşamaq, dinc yaşamaq təklifini etdi. Amma siz nə etdiniz dahada quduraraq Xocalı kimi faciə törətdininz (rusun 366-cı alayının əli ilə). Rus niyə bu rəzilliyi etdi. Bir daha bu iki xalq bir-birini bağışlamasın. Ömrü boyu bu müharibə sona yetməsin, bizdə silahımızı bunlara sataq.

ATƏT-in Minsk qrupu illər uzunu yalandan guya bu məsələni araşdırdı. Amma bilmədilər ki, Dağlıq Qarabağ məsələsinə görə Qərbi Azərbaycandan 300 mindən çox adam ev eşiyindən didərgin düşüb, qovulub. Eyni zamanda bu sualı Ermənistan hakimiyyətindən soruşmadılar ki, nəyə görə bu insanları öz yurd yuvasından didərgin salmısınız. Mənfur ermənilərə demək istəyirəm nəyə görə havdarlarınız sizi başa salmadı ki, siz neft ölkəsində yaşayırsınız, ticarətin, iqtisadiyyatın inkişafının etdiyi bir yerdəsiniz. İşinizi elə quracıydınız ki, həm Qarabağ erməniləri, həm də Ermənistan özünüz bölgədə ən yaxşı yeri tutacıydınız (harda? sizi kimi axmaqlar bu çörəyi belə hiss etmədilər).

Çünki Türkiyə kimi Azərbaycan kimi sülhsevər, çörək verən ölkələrlə qonşu idiniz. Görün bizim Türkiyə ilə Gürcüstanla necə əlaqələrimiz var. Bakı-Ceyhan və başqa

layihələrdə iştirak edəcəydiniz (indi harda iştirak edirsiniz 100-lərlə itkin düşmüş əsgərlərinizi axtarmaqda).

Bizim belə bir PREZİDENTİMİZ VAR Kİ, ALLAH ONU BİZİM XALQA MÜKAFAT VERİB. Lakin Ermənistan prezidenti məhəllədə xuliqanlıq edən uşaqlar kimi hərəkət edir (çünki xalqı elə bu xuliqnlığa layiqdi). Mən belə başa düşdüm ki, bu erməni deyilən mənfurlarda bir ağıllı adam yoxdu.

Bunları çox demək olar, çox sadalamaq olar. Amma indi deyirəm ki, havadarlarınız sizi istəsəydi bax sizə mənim izah etdiyim bu kiçik məsləhətlərdən deyərdi başa salardı ki, inkişafınız üçün bu yol daha münasibdi.

İndi guya 28 ildən artıq Qarabağımızı əsarətdə saxladılar. Neynədiniz? 28 il xalqınız bir gün Qarabağda dinc yaşamadı, elə başlarından silah səsləri əskik olmadı. Dilənçi vəziyyətinə düşdüz.

1988-ci ildə baş verən ZƏLZƏLƏ sizə dərs olmalıydı.O zəlzələ Allahdan gələn bir işarə idi. Amma siz ALLAHADA inanmırsınız. Bu gün MÜZƏFFƏR ordumuz sizin cavabınızı yaxşı verir. Amma sizin kimi alçaqlıq etmir. Heç bir mülkü adama toxunmur. Gəncəmizi, Bərdəmizi, Mingəçevirimizi atəşə tutmaqla özünüzə yeni günahlar qazanırsınız, həmçinin siz mənfurlar günah nədi, savab nədi bilmirsiniz.

QƏLƏBƏ BİZİMDİR.YAŞASIN ORDUMUZ VƏ HƏR GÖZƏL MÜKAFATA LAYİQ PREZİDENTİMİZ.

Xocalımızda,Gəncəmizdə faciə yaratmaqla özünüzü dünyada biabır etdiniz. Daşnak tör-töküntüləri, yenədə heç nə əldə etməyəcəksiniz.100 ildən sonra bir Andranik qulağı əlinizə alıb düşəcəksiniz lider dövlətlərin parlamentlərinin canına ki, ay aman türklər bizi qırıb “soyqırım” olub bizə təzminat ödəsinlər (dilənçilik başlayacaq). O,dövlətlərdə ağızlarına gələni səsləndirəcəklər, axır görəcəklər ki, yalan ayaq tutar amma yeriməz.

Bir az iradım hal-hazırda dünya və Rusiya kanallarında gedən mübahisələrədi. Alqışlayıram çox düzgün cavablar verirlər, amma yenədə münaqişəyə görə Ermənistandandan qovulan 300 min soydaşlarımız haqqında heç nə demirlər. Bax səhvimiz burdan başlayır. Fakt kimi hətta danışıqlar masasında bu vəhşilik haqqında ortaya şərt qoyulmalıdır. Biz hər şeyi tez unuduruq, məsələnin kökü burdan başlayıb. Muxtariyyat istəyən erməni daşnaklarının qabağına bu bir şərt kimi qoyulmalıdı.İrəvanımız Göyçəmiz, Zəngəzurumuz, Amasiyamız haqqında məsələ qaldırmalıyıq.

YAŞASIN MÜZƏFFƏR ORDUMUZ.
Cəmilət Hacıyeva


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR