Vətən müharibəsində qalib gələn , yaşam savaşını uduzan baş leytenant- VİDEO

7-04-2021, 23:00 599 dəfə baxılıb

Vətən müharibəsində qalib gələn , yaşam savaşını uduzan baş leytenant- VİDEOBəlkə də insanla torpaq arasındakı doğmalıq insanın son nəfəsdən sonra torpağa qayıdışındadır... Bəziləri ömür yolunu sadə başa vuraraq torpağa qovuşurlarsa, bəziləri şəhidlik zirvəsinə yüksələrək qovuşurlar.
Yalnız müqəddəs amal uğrunda vuruşan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, cəsarətli, hünərli, qorxmaz insanlar çatırlar bu yüksəkliyə.

 


 

Şəhid ömrü


 

Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə "İnformasiya ölçmə texnikası" ixtisasını bitirdikdən sonra "Leytenant" rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin "Ulduz" jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə "Leytenant" olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində "Qaya" mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində "Dokta MMC" şirkətində kassir olaraq fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan baş leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində "koma"-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı - Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.



 

 

Son arzusu


 

 

Qardaşı qızı Nərmin Səfərova deyir ki, əmisinin səhhətində problemi vardı. Orduya getməyə bilərdi. Amma Ağdamı azad etmək şansını qaçırmaq istəmədi. Yuxularında doğma Yusifcanlı kəndini nə qədər görmək olardı axı.

2020-ci ili qarşılayarkən arzulamışdı ki, vətən torpaqları qayıtsın. Əslində hər il arzulayırdı. Amma qismət 2020-yə düşdü.

Nərmin xatırlayır:” Çox mərd adam idi. Almanlar kimi dəqiqliyi sevirdi. Uşaqla , böyüklə yola gedəcək qədər gözəl xasiyyəti vardı. Övladlarını da vətənpərvər ruhda böyütmüşdü.”

 

Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:

...Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.


İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

 

Vətən müharibəsində qalib gələn , yaşam savaşını uduzan baş leytenant- VİDEO
Vətən müharibəsində qalib gələn , yaşam savaşını uduzan baş leytenant- VİDEO


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR