“Fövqaladə Hallar Nazirliyi qarşısında ailəmlə birlikdə intihar edəcəyəm”

8-06-2021, 23:49 274 dəfə baxılıb

Şamaxı rayon, Əhmədli kənd sakini Səlimov Cavid Beydi oğlu prezident İlham Əliyevə KİV vasitəsilə müraciət ünvanlayıb.

Çarəsiz durumda olan vətəndaş çıxış yolu olmasa dövlət idarəsi qarşısında intihar edəcəyini açıqlayıb. Müraciəti olduğu kimi dərc edirik:

 

"Hörmətli cənab Prezident!!!!!

Yazıb Sizə bildirirəm ki, mən Şamaxıda yuxarıda göstərilən ünvanda yaşayıram.2019 –cu ildə Şamaxıda məlum zəlzələ nəticəsində bizim kənddəki çox evlər dağıldı, əksər evlər yararsız vəziyyətə düşdü.Mənim də evim istisna olmadı .Evimin divarlarında çatlar əmələ gəldi, ev tam yararsız hala düşdü.Belə ki, nazirliyin əməkdaşları gəlib evimə baxış keçirtdilər.Onlar evin tam yarasız olduğunu bildirdilər. Həm də evin təmir edilməsinin mümkünsüzlüyünü bildirdilər.Dedilər ki, ev yararsızdır, tam bərpa edilməlidir. Evə baxış keçirərkən evi bərpa edilməsi üçün rəy versələr də bu günə kimi bir iş görmədilər. Deyilənə görə bərpa üçün pul az ayrıldığına görə bir iş görə bilmirlər.Biz bununla bağlı bütün əlaqədar təşkilatlara müraciət etdik.Bizə dedilər ki, sizin evə az vəsait ayrılıb. Bu isə evin bərpası üçün çox az məbləğdir. Evinizə normal pul ayrılmalıdır.Lakin o pul ayrılmayıb.

Hörmətli Prezident!!!! Bildirirəm ki, mən heç yerdə işləmirəm. Öhdəmdə 3 azyaşlı uşağım və yoldaşım var.Heç yerdən gəlirim də yoxdur. Nə uşaq pulu, nə də sosial müavinət alıram. Gündəlik çörəkpulu üçün ,balalarım ac qalmasın deyə onun bunun qapısında nökər kimi işləyirəm. Mənim əlavə gəlirim yoxdur ki, evimi bərpa edim, içində girib insan kimi yaşayım.Tanışların, qohumların evində gecələyirik. Deyin biz nə etməliyik? Oğurluqmu edim? O boyda kənddə evlərin əksəriyyətini hansı maraqdansa bərpa etdilər, bizi isə ayırıb evimizi bərpa etmirlər.Bu nə deməkdir? Kasıbıq ,heç nəyimiz yoxdur ona görəmi? Mən dəfələrlə Kəmaləddin Heydərovun, qəbuluna düşmək istədim. Bizi adicə bir şöbə müdirinin qəbuluna belə buraxmadılar. Kimə dərdimi deyim?

Hörmətli Prezident!!!! Hörmətli Kəmaləddin Heydərov!!! Mən artıq yaşamaq istəmirəm!!! Qanunlarımız bir ovuc məmurların əlində əsir qalan bir ölkədə yaşamağa dəyməz.!!Ona görə də mən ya Azərbaycan vətəndaşlığından imtina edəcəyəm, ya da Fövqaladə Hallar Nazirliyi qarşısında ailəmlə birlikdə intihar edəcəyəm.!!! Qəzalı evdə ölməkdənsə ,Nazirliyin qarşısında hamının gözü qarşısında intihar etməyimiz daha yaxşıdır!!! Qoy hamı görsün ki, bizim intiharımızın əsil səbəbkarı kimlərdir!!!

İmza: Səlimov Cavid

Telefon :070 879- 40 -02 ,055 572 -85- 63 "




 



loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR