Saleh Məmmədov 10-dan çox 44 günlük müharibə iştirakçılarını ixtisara salıb-QALMAQAL

7-08-2021, 13:41 122 dəfə baxılıb

AAYDA-da müharibə iştirakçılarının qəsdinə duranlar kimlərdir? …
XəbərXətti.com un redaksiyasına  daxil olan məlumatda bildirilir ki, AAYDA-nın tərkibində yerləşən 3 saylı xüsusi təyinatlı MMC-də sürücü vəzifəsində çalışmış , 44 günlük Vətən müharibəsinə səfərbərlik xətti ilə sürücü kimi cəbhəyə yollanan və gecə-gündüz bilmədən hərbi hissə komandirlərinin tapşırıqlarını yorulmadan yerinə yetirən bir qrup şəxs tərəfindən şikayət ərizəsi daxil olub.Müxtəlif dövlət qurumlarına edilən müraciətlərə bu günə qədər cavab ala bilməyən müharibə iştirakçılarının redaksiyamıza təqdim etdiyi sənədləri ürək ağrısı olmadan oxumaq mümkün deyil.Son vaxtlar şəhid ailələri , qazilər və müharibə iştirakçıları ilə bağlı cəmiyyətdəki xoşagəlməz atmosfer ürəyimizcə olmasa da , təhlillər göstərir ki , 99 faiz belə halların yaranmasında günahkar dövlət qurumlarıdır . Bu sahədə mövcud olan sui-istifadə halları ,korrupsiya və rüşvətxorluq dövlətin təməl prinsiplərini elə silkələdi ki , bunların qarşısını hüquq mühafizə orqanlarının birbaşa müdaxiləsi ilə almaq zərurəti yarandı.Aparılan bir çox həbslərə baxmayaraq , bundan nəticə çıxarmayanlar da var.Məsələn , AAYDA-nın rəhbəri Saleh Məmmədov !…
İlin -günün bu vaxtinda Prezident İlham Əliyev müharibə iştirakçılarına müraciət edərək dövlətin həmişə onların yanında olacağına əminlik ifadə edir, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində var -gücüylə çalışdığı halda , Saleh Məmmədov adi sürücü işləyən və maddi vəziyəti ağır olan müharibə iştirakçılarını işlərindən azad edib.Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə müharibə iştirakçılarının şəhid ailələrinin, qazilərin, görüşünə gedir, onlarla əl verib görüşür və onların problemləri ilə maraqlanır.Saleh Məmmədov isə aylardır ona ünvanlanan şikayət və müraciətlərə nəinki cavab vermir , hətta Allahın qisməti sayəsində sağ qalaraq evinə dönən müharibə iştirakçılarını "gözünü qırpmadan”, bir anın içərisində işlərindən azad edərək həyatlarına balta çalıb.Şikayətçilər bildirirlər ki , döyüş iştirakçısı olduqlarına görə əmək haqqlarının və ezamiyyətlərinin hesablanaraq ödənilməsi xahişi ilə rəhbərliyə etdiyi müraciətlər kimlərinsə xoşuna gəlməyib.Həmin andan etibarən şikayət edən şəxslərə qarşı xoşagəlməz kompaniyaya start verilib.Problem o qədər ciddiləşib ki , Saleh Məmmədov şikayət edən müharibə iştirakçılarını işdən azad etməklə söz -söhbətləri malalamağa çalışıb.Görünməmiş haqqsızlıqlarla üzləşən döyüşlərdə oldugu kimi çiyinlərini bir birinə sipər edərək AAYDA-da kök salmış korrupsioner və rüşvətxor məmurlara qarşı cihada başlayıblar yəni , haqqlarını əldə edənə və xalqı dövlətdən narazı salan xain məmur ordusuna qarşı öldü var döndü yoxdu…
Vallah AAYDA-nın rəhbəri Saleh Məmmədov "qurd ürəyi”yeyib.Belə ki , dövlətimizin və millətimizin tarixində ən həssas dövrləri yaşadığımız halda , Qarabağın azad olunması uğrunda xidmətləri keçən hər kəsi başımızın tacı elan etdiyimiz dönəmdə, Prezidentin həm dövlət büdcəsi ,həmdə müxtəl fondlar vasitəsi ilə müharibə iştirakçılarına ayırdığı diqqət və qayğı ümumxalq işinə çevrildiyi situasiyada Saleh Məmmədov”uff”demədən müharibə iştirakçılarını şikayət etdiklərinə görə cəzalandıraraq əmək haqqlarını kəsib, işdən qovmaqla onların balalarını ac qoyur.Prezidentin tapşırıqlarına və tövsiyələrinə eləcə də ,dövlətin qanunlarına ,əks gedən Saleh Məmmədov bu qədər” gücü və qüdrəti” haradan alıb, görəsən ?…

Xalqımızın həddindən artıq həssas yeri olan müharibə iştirakçılarının haqqını ödəmədən işdən azad etmək və bu təbəqəyə aid olan insanları dövlətdən incik salmaq XƏYANƏTDİR.Xəyanətin cəzası hər zaman çox ağır olub.Təəssüf ki , bundan nəticə çıxarmayanlar çoxlu saydadır .
Şikayətçilər bildirirlər ki , 3 saylı MMC-də qanunsuzluqlar baş alıb gedir .Buna etiraz edənlərin sıraları isə getdikcə genişlənməkdədir.Amma işini itirmək təhlükəsi hamini susmağa vadar edir.Iddialara görə AAYDA-da Məzahir Mahmudovun , Azadəli Azadəliyevin , Elşən Cəfərovun təmsil olunduğu çoxşaxəli cinayətkar şəbəkə fəaliyyət göstərir.Bu şəbəkənin hüquq mühafizə orqanlarından tutmuş bütün dövlət qurumlarında dayaqları mövcuddur.Ona görə də , AAYDA-dan edilən bütün şikayətlər "ustalıqla” məhv edilir.Təbii ki , bütün bunlar maddi qarşılıq olmadan həyata keçirilmir .Ortada o qədər böyük korrupsiyadan söhbət gedir ki, Prezidentin hətta, Qarabağın bərpası istiqamətində həyata keçirdiyi ümumilli və nəcib siyasətə ləkə yaxaraq ortada bu lahiyələrdən pul çırpışdırmaq kimi iyrənc yola düşənlər də tapılır.Diqqət edin ,AAYDA-da iqtisadi cinayətlər o həddə çatıb ki , pullar mühasibatlıqda və ya qanunla müəyyən edilmiş yerlərdə yox , şəxsi kartlar vasitəsi ilə korrupsionerlərin cibində gəzdirilir .Gün ərzində şəxsi məqsədləri üçün müxtəlif maşın və texnikanı icarəyə verdikləri ünvanlardan yüz milyonlarla pul kartlar vasitəsi ilə ciblərdə fırladılır.Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik.Məsələn , Qarabağın zəfər yolunda tikinti işləri aparan şirkətlərə 30-a yaxın maşın və texnikalar icarəyə verilib.Bir maşın gün ərzində 130 manat AAYDA-ya pul ödəyir.Bunun 40 manatı sürücüyə verilir, 90 manatı isə yuxarıda adı çəkilən şəbəkənin şəxsi kartlarına köçürülür.Bu və digər faktlar başqa söhbətin mövzusu olduğu üçün bunu növbəti yazımıza saxlayırıq.

Şikayətçilərlə söhbət zamanı baş verənlər barədə onların necə hiddətlə və yanğıyla əziyyət çəkdiklərini gördük.Onlar əminliklə bildirdilər ki , Prezident İlham Əliyevin bu məsələdən xəbəri olsaydı bizim problem bir andaca həll olunardı.Amma nə edək ki , Saleh Məmmədov Prezidentin deyil kimlərinsə əmrlərinə tabe olur.Çox dumanlı məsələdir…Görəsən , bir gün "dövlət baba” üzünü Saleh Məmmədova sarı döndərəndə nələr baş verəcək ?…Bax bunu Allah bilir. Amma bir şeyi dəqiq bilirik ki ,Allah qatında vətən uğrunda xidmət göstərənlərin haqqını yeyənlərin aqibəti heç də yaxşı olmur!…
Bu sadecə bir xatırlatma idi.Gözlərimizin önündə AAYDA-da milyonlarla pul böyük bir şəbəkənin ciblərinə axır, yollarımızda isə yayda tozdan qışda isə palçıqdan hərəkət edə bilmirik.Prezident dövlət büdcəsindən hər il yol təsərüffatına milyonlarla pul ayırır.Bir qrup şəbəkələşmiş cinayətkar və xain ünsürlər isə aşağılarda dağıtmaqla məşğuldurlar.

Vəziyyətin təhlükəli xarakter almasının səbəblərindən biri də odur ki , milyardlara sahib olan korrupsioner şəbəkə dövlətin təməlini qazmağa başlayıblar . Bunun çox təhlükəli nəticələri barədə fikir yürütməyə ehtiyac yoxdur.Maraqlıdır ki , indiyə qədər hüquq mühafizə orqanlarına ünvanlanan onlarla müraciətə cavab verilməyib. Deməli bu cinayətkar şəbəkə Prezidentin ən yaxın məsafəsinə qədər şaxələnə biliblər.
Mövzu ilə bağlı AAYDA-ya ünvanladığımız suallara hələ də cavab ala bilməsək də , qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.Növbəti yazılarımızı izləyin.
Ardı var…
XəbərXətti.com

Araşdırma qrupu.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR