Ermənistan Qarabağa görə ikiyə parçalandı - Azərbaycan casusları...

31-08-2018, 17:04 650 dəfə baxılıb

Ermənistan Qarabağa görə ikiyə parçalandı - Azərbaycan casusları...


Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra işğal edilmiş Dağlıq Qarabağla bağlı iki cəbhə yaranıb.

Faktor.az xəbər verir ki, Dağlıq Qarabağda müharibənin başlanacağını deyənlər Paşinyan hakimiyyəti tərəfindən əksinqilabçı adlandırılır.

Müharibənin olmayacağını, cəbhədə hər şeyin erməni hərbi birləşmələrinin nəzarətində olduğunu deyənlər isə inqilabçı hesab olunur.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin rəhbərinin “müşaviri” Tiqran Abraamyan bundan şikayətlənib.

“Müharibənin yenilənməsi təhlükəsi həmişə var. Lakin son vaxtlar təhlükəli tendensiya yaranıb. Müharibənin başlayacağını deyənlər əksinqilabçılıqda ittiham olunur. Kim bunun əksini deyirsə, inqilabın tərəfdarı olaraq qəbul edilir. Bu, cəmiyyəti parçalayıb və Azərbaycanın xeyrinədir”, - deyə o bildirib.

O əlavə edib ki, müharibənin olacağı fikrini deyənlər Azərbaycana casusluqda da ittiham olunur.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejim Serj Sarkisyan və Robert Koçaryanın nəzarətindədir. Məlumatlara görə, bir neçə gün öncə Sarkisyan, Bako Saakyan və separatçı rejimin keçmiş “prezidenti” Arkadi Qukasyan görüş keçirib. Bu görüşdə Paşinyanı devirmək üçün Qarabağ faktorundan istifadə müzakirə olunub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR