Elçibəyi “agent” adlandıran Leyla Yunus hələ də Milli Şura üzvüdür

24-07-2019, 19:52 124 dəfə baxılıb

Elçibəyi “agent” adlandıran Leyla Yunus hələ də Milli Şura üzvüdür


Leyla Yunusun Milli Azadlıq Hərəkarının lideri, mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirlər, onu “agent” və “regionçu” adlandırması ciddi etirazla qarşılandığı bir zamanda “Yurd” sədri Əli Kərimli və Milli Şura onunla birgə addımlamaqda davam edir.

Yəni, Leyla Yunus Milli Şurada təmsil olunur və qurumun rəhbərlərindən biri sayılır. Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzi isə susur. Özlərini Rəsulzadə-Elçibəy siyasi-ideoloji xəttinin davamçısı adlandıran Milli Şura qurumun sədri Cəmil Həsənlinin o qədər də təsirli olmayan çıxışı ilə kifayətlənərək hələ də ortaya ciddi mövqe qoymayıb. Digərlərinə qarşı görülən cəzalandırma metodları, məsələn, üzvlükdən çıxarma Leyla Yunusa tətbiq edilmir. Halbuki bundan əvvəl Milli Şuranın Koordinasiya Mərkəzi fərqli mövqeyinə görə Mehriban Vəzir, Sahib Kərimli və digər şəxsləri qurumdan kənarlaşdırıb.

Digər üzvlərdən fərqli olaraq Milli Şurada onsuz da heç bir əməli fəaliyyəti olmayan Leyla Yunusun hələ də qurumda saxlanılması, hətta ona müxtəlif səviyyədə etirazların belə olduqca ehtiyatlı ifadələr seçilməklə edilməsi, dözümlü yanaşmanın arxasında hansısa ciddi maraqların dayandığı şübhəsizdir. Həmişə olduğu kimi bu məsələdə də Milli Şura “Yurd” sədrinin rəyi ilə hərəkət edərək Əli Kərimlinin və onun arxasındakı bəzi qüvvələrin maraqlarına xidmət edən qurum olduğunu ortaya qoyur.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR