Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi

21-10-2015, 12:33 715 dəfə baxılıb

Dörd gün əvvəl saxlanılmış MTN-in generalı təcridxanada infarkt keçirdi

















Teymur Quliyevin hospitallardan birinə yerləşdirildiyi deyilir

Bir neçə gün əvvəl DİN, Baş Prokurorluq və XDMX-nın MTN-də birgə keçirdikləri əməliyyat zamanı həbs olunmuş general Teymur Quliyevin səhhəti pisləşib. Redaksiyamıza verilən məlumata görə, MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyev qəfil infarkt keçirib və təcili olaraq yerləşdirildiyi təcridxanadan hospitallardan birinə aparılıb. Hazırda durumunun orta-stabil olduğu deyilir.

Redaksiyamıza verilən məlumata görə, Teymur Quliyevin infarkt keçirməsinin səbəbi həddindən artıq həyacanlı və əsəbi olması olub. İddia edilir ki, qoluna qandal vurulması generala həddindən artıq pis təsir edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR