Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ - qızı AÇIQLADI

22-11-2019, 14:18 276 dəfə baxılıb

Xəstəxanaya yerləşdirilən deputatın VƏZİYYƏTİ - qızı AÇIQLADI


Milli Məclisin deputatı Yevda Abramovun müalicəsinə Mərkəzi Klinik Xəstəxanada davam edilir.

Bu barədə Lent.az -a deputatın qızı məlumat verib. O bildirib ki, həkim əsas müalicəyə bu gündən başlayacaq:

“Vəziyyəti getdikcə stabilləşir. Şükür yaxşıdır, düzəlməyə doğru gedir.

Atam 2 il əvvəl onkoloji xəstəlikdən əməliyyat keçirib, ondan sonra isə kimyəvi terapiya qəbul edir. Buna görə də immuniteti zəifləyib”.

Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR